• $
  • €
  • ₽
  • ₺
  • £

Məhərrəmliklə bağlı monitorinqlərin nəticələri açıqlandı

Məhərrəmliklə bağlı monitorinqlərin nəticələri açıqlandı
29.05.2020 02:21
Məhərrəmlik mərasimlərindən sayılan "Ərbəin günü" (İmam Hüseynin şəhadətinin qırxıncı günü) Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə uyğun olaraq, noyabrın 9-na təsadüf edib.

Anews.az-ın xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov Trend-ə bildirib ki, bu günlə bağlı Bakı şəhərində və respublikanın bölgələrində məscidlərdə mərasimlər təşkil olunub, əzadarlıq məclisləri keçirilib.

Onun sözlərinə görə, DQİDK respublika üzrə apardığı monitorinqlər zamanı "Ərbəin günü" mərasimləri ilə bağlı qanunvericiliyin pozulması halı müşahidə edilməyib, tədbirlər normal şəkildə icra olunub: "Ümumiyyətlə, cari ildə Məhərrəmlik mərasimləri müvafiq qanunlar çərçivəsində, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qəbul etdiyi fitvada irəli sürülmüş şəriət qaydaları əsasında keçirilib. DQİDK tərəfindən Məhərrəmlik mərasimləri ilə bağlı hazırlanan Tədbirlər Planına uyğun olaraq, cari ildə Aşura mərasimlərinin sivil, milli adət-ənənələrimizə uyğun formada keçirilməsi istiqamətində həm QMİ, həm yerli icra, həm də hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə müvafiq tədbirlər görülüb".

S.Heydərov vurğulayıb ki, "Tasua" və "Aşura" günü məscidlərdə xüsusi monitorinqlər təşkil olunub, Dövlət Komitəsinin rəhbərliyi də daxil olmaqla, əməkdaşları respublika üzrə məscid və ziyarətgahlarda keçirilmiş mərasimlərdə iştirak edərək, yaxından müşahidələr aparıblar: "Aparılmış monitorinqlər, daxil olmuş məlumatların ümumi təhlilinə əsasən qeyd edə bilərik ki, bu il Məhərrəmlik mərasimləri ümumilikdə sabit keçib, ciddi pozuntuya yol verilməyib. Bəzi yerlərdə qeydə alınan kiçik neqativ hallar mərasimlərin ümumi gedişatına təsir göstərməyib. Qısa müddətdə onların aradan qaldırılması istiqamətində tədbirlər görülüb".

Sədr müavini qeyd edib ki, cari ildə az da olsa, fərdi şəxslər tərəfindən xurafat və mövhumat elementlərini özündə ehtiva edən zəncirvurma, qançıxarma halları müşahidə olunub, həmin şəxslərlə bu istiqamətdə tövsiyə xarakterli profilaktik söhbətlər aparılıb: "Ümumiyyətlə, Məhərrəmlik mərasimləri qanunvericiliyə uyğun olaraq, ibadətgahlarda (məscid və ziyarətgahlarda) və onlara məxsus ərazilərdə təşkil olunub, kənar yerlərdə kütləvi mərasimlərin keçirilməsi müşahidə edilməyib".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Cəmiyyət 16:03
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol