• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeniyetməni canavardan mobil telefonu xilas etdi - FOTO

Azərbaycanda yeniyetməni canavardan mobil telefonu xilas etdi - FOTO
29.11.2018 10:23
Lənkəran rayonunda canavar yeniyetmələrə hücum edib.

Anews.az Report-a istinadən xəbər verir ki, hadisə dağ kəndi Biləsərdə baş verib.

Canavar hücumuna məruz qalan 16 yaşlı Anar Rəcəbovun atası Rizvan Rəcəbovun dediyinə görə, oğlu axşam saatlarında mal-qaranı həyətə gətirərkən kənddə canavarın hücumuna məruz qalıb.

Yırtıcı yeniyetmənin sol bud nahiyəsini dişləyib. A.Rəcəbov canavarın dişlərindən qurtarmaq üçün əlindəki mobil telefonla yırtıcının başına bir neçə zərbə endirib.

Bu zaman canavar onun əlini dişləmək istəyib, lakin əlindəki telefon yeniyetmənin həyatını xilas edib.

Özünü itirməyən A.Rəcəbov yaxınlıqdakı həyətlərdən birinə girib. Onun ardınca həyətə soxulan yırtıcı həyətdəki itlə boğuşduqdan sonra səs-küydən hürkərək qaçıb.

Canavar bundan bir neçə dəqiqə sonra kəndin digər ərazisində məktəbdən evə qayıdan 8-ci sinif şagirdi Xalid Gündüz oğlu Abdullayevə hücum edərək, ona da sol bud nahiyəsindən xəsarət yetirib. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara zəruri tibbi yardımlar edilib.
 




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol