Azərbaycanda şahin ovçusu ələ keçdi

Salyan rayonunda keçirilən reyd zamanı rayonun Kalmas adlanan ərazisində şahin quşunu ovlamağa cəhd edən şəxs saxlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Hacıqabul rayon sakini Fizuli Məmmədov olduğu müəyyən edilib.
3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı F.Məmmədovdan şahin quşunun tutulması üçün istifadə edilən ov alətləri, 2 göyərçin quşu götürülüb.
Faktla bağlı F.Məmmədov barəsində protokol tərtib edilib və ona İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 2000 manat məbləğində cərimə tətbiq olunub.
www.anews.az
























