• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda işsiz ata məktub yazıb intihar etdi - “Övladımın yaşayışını təmin edə bilmədiyim üçün...”

Bakıda işsiz ata məktub yazıb intihar etdi - “Övladımın yaşayışını təmin edə bilmədiyim üçün...”
29.05.2020 04:22
Bakıda iki ailədə faciə yaşanıb. 15 yaşlı qız və 28 yaşlı kişi öz canına qəsd edib.



Anews.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Xətai rayon Polis İdarəsindən və Binəqədi rayon Prokurorluğundan məlumat verilib.


Belə ki, martın 7-nə keçən gecə saat 03:00-da Məhəmməd Hadi küçəsində yaşayan Nurlanə Əhmədova yaşayış binasının 9-cu mərtəbəsindən özünü atıb və hadisə yerindəcə keçinib. Hələlik yeniyetmənin intiharının səbəbi məlum deyil. Xətai rayon Prokurorluğu faktla bağlı AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açıb və təhqiqat aparılır.


Qeyd edək ki, ötən sutka ərzində paytaxtda ikinci intihar hadisəsi də qeydə alınıb. Binəqədi rayonu, Novxanı bağları qəsəbəsində yaşayan 28 yaşlı Bəhram Tağıyev evinin həyətindəki çardaqdan özünü asıb. Onun cəsədi martın 6-da axşam saat 20:20-də aşkarlanıb. Binəqədi rayon Prokurorluğu intiharın səbəbini araşdırır. Bu arada özünü asan kişinin cibindən məktub tapılıb. Məktubdan məlum olub ki, Tağıyevin faciəsinə səbəb maddi durumunun ağır olması olub.


Tağıyev məktubunda yazıb ki, öz övladının ləyaqətli yaşayışını təmin edə bilmədiyi üçün həyatdan gedir: "Öz övladımın ləyaqətli yaşayışını təmin edə bilmədiyim üçün həyatdan getməkdən başqa çarəm yoxdur”.


O da məlum olub ki, Tağıyev işsizlikdən əziyyət çəkirmiş və bu səbəbdən də uzun müddətdir uşağına məhkəmənin qərarı ilə müəyyən edilmiş alimenti ödəyə bilmirmiş. Aliment borcları üst-üstə qalandığından və övladının anasının himayəsində çətin vəziyyətdə yaşadığını bildiyindən, bədbəxt ata son çarəni intihara əl atmaqda görüb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol