• $
  • €
  • ₽
  • ₺
  • £

“Şərurlu İsfəndiyar 100 min pul istədi” - Evi alınan şəhid xanımı

“Şərurlu İsfəndiyar 100 min pul istədi” - Evi alınan şəhid xanımı
29.03.2019 12:06
Aprel şəhidi Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova Şərurlu İsfəndiyarın onun ailəsinə məxsus olan evi əlindən almasından danışıb.


Anews.az xəbər verir ki, N. Axundova məsələ ilə bağlı "Qafqazinfo”ya açıqlamasında bildirib ki, Ali Məhkəmənin ötən gün çıxardığı ədalətsiz qərardan ölkə rəhbərliyinə müraciət edib: "Çünki söhbət inşaat maqnatı Şərurlu İsfəndiyar və şəhid ailəsindən gedir. Burada iki qonşunun sadə pay bölüşdürməsi məsələsindən bəhs edilmir. Bu ağırlığı hiss edirsinizmi?  O da bilir ki, burada şəhid ailəsindən söhbət gedir. Ancaq birmənalı qeyd edir ki, biznesmendir və bu, onun biznes siyasətidir. 

Dünənki prosesi hakim Əsəd Mirzəliyev aparırdı. Məhkəmədə onlar hər şeyin hüquq və qanun çərçivəsində həll olunmağına tərəfdar olduqlarını bildirdilər. Hətta  çıxışlarına qeyd edirdilər ki, yalnız hüquqdan və qanundan danışaq. Əlavə heç bir rəy deməməyimizi tələb edirdilər.

Hakim Əsəd Mirzəliyev dəfələrlə vurğulayırdı ki, haqqımızda məlumat materialda var. Bunu deməyə ehtiyac yoxdur. Dedim ki, anlamıram, mənzilin mənim pulumla tikildiyini vurğulamalı deyiləm? Bunu demək sizi narahat edirmi? Yəni, bir sözlə, məhkəməyə girəndə hər şey bəlli  idi. Bizi dinləməməyə, söz verməməyə çalışırdılar. İsfəndiyarın vəkili Ramiq Axundov bizə qarşı çox böyük hörmətsizlik etdi. Dedi ki, şəhid ailəsinin məhkəməyə və onlara heç bir aidiyyatı yoxdur.

Mən ona sual verdim ki, siz bunu hamının, Ali Məhkəmənin qarşısında utanmadan, çəkinmədən deyirsiniz? Bəs, bu məhkəmədən, xalqdan, dövlətdən ötrü bu gün məhkəmə fəaliyyət göstərsin, qanun yerinə yetirilsin deyə mənim yoldaşım kimi oğlan gedib canından keçib. Dedi ki, bəli, mən öz sözümün üstündə dururam. Bu çox böyük hörmətsizlikdir. O, Şərurlu İsfəndiyarın mövqeyini bildirirdi”. 

N. Axundova vurğulayıb ki, dövlətdən, ya da Şərurlu İsfəndiyardan artıq heç nə istəmir: " Pul verdiyimiz evi istəyirik. Onu da İsfəndiyar bizə vermir. Çünki o evin ikiqat pulunu bizdən istəyib. Biz 53 min pul ödəmişdik, 11 min borcumuz qalmışdı. Əvvəl bizdən 100 min, sonra 53 min pul istədi. Biz isə razılaşmamışıq. Bina təhvil veriləndən sonra, sakinlərdən ikiqat pul istədi. 76 ailə onunla razılaşdı. Kim ki razılaşdı müqaviləni yeniləyib kupçanı payladı. Kim ki, onun  istədiyi məbləği vermədi, onları məhkəmələrdə süründürməyə başladı. İndi biz Ali Məhkəmədə kassasiya şikayətinə bir müraciəti də əlavə etmişdik ki, eyni vəziyyətdə olan vətəndaş Məhkəməyə müraciət edərək Şərurlu İsfəndiyarı udub.  İsfəndiyar vətəndaşı Apellyasiya Məhkəməsinə verib.  Yenidən həmin sakin Ali Məhkəməyə verib, Ali Məhkəmə vətəndaşın tərəfində durub. Ancaq bizim situasiyada Ali Məhkəmə  Apellyasiyanın qərarını qüvvədə saxladı. Halbuki eyni şirkət, eyni bina, eyni müqavilədən söhbət gedir. Bizdə isə müqaviləni bəhanə etdilər. Dedilər ki, guya müqaviləniz saxtadır. O zaman siz bu saxta müqavilə ilə iki il bundan əvvəl başqa bir vətəndaş haqqında Apellyasiya Məhkəməsinin verdiyi qərarı ləğv etmisiniz və vətəndaşın xeyrinə qərar çıxarmısınız. Onda belə çıxır ki, özünüz özünüzü təkzib edirsiniz?!. İkincisi, İsfəndiyarla  razılaşan 76 ailəyə həmin müqavilə ilə "kupça” verilib. Necə olur ki, onda o müqavilə saxta olmadı?!

Başqa yerdə bu cür iri inşaat şirkətləri şəhid ailələrinə mənzillərin açarlarını özləri verirlər ki,  biz milyonlar qazanırıq, oğullarımız isti evin içində oturub əsgərliyə də getmirlər. Amma sizin həyat yoldaşınız, ya oğlunuz gedib şəhid olub, canından keçib.  Ancaq bunlar bizim özümüzkünə sahiblənirlər”.

Qeyd edək ki,  N. Axundova iki il əvvəl 45 saylı məktəbə direktor təyin olunub.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol