• $
  • €
  • ₽
  • ₺
  • £

“Diqlas” yenidən tikiləcək? - Nazir məsələyə aydınlıq gətirdi

“Diqlas” yenidən tikiləcək? - Nazir məsələyə aydınlıq gətirdi
29.03.2019 12:59
İqtisadiyyat naziri Şahin Mustafayev "Diqlas” Ticarət Mərkəzinin yenidən tikilməsi məsələsinə münasibət bildirib. 

Oxu.Az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, "Diqlas” Ticarət Mərkəzi tamamilə özəldir:

"Bu məsələ dövlətin ixtiyarında deyil. Onların sahiblərinin qərarlarından asılıdır. Ticarət mərkəzinin tikilməsi məsələsi ayrıca müzakirə oluna bilər”, - deyə Şahin Mustafayev qeyd edib.

Nazirin sözlərinə görə, sahibkarlara dəyən ziyanla bağlı sənədlər olmadığına görə ziyanın hesablanmasında bir neçə dövlət orqanının məlumatlarından istifadə oluna bilər. 

O qeyd edib ki, "Diqlas”da yanan mallar əsasən idxaldır:

"Buna görə də həmin mallara dair sənədlər Dövlət Gömrük Komitəsindən əldə ediləcək, eyni zamanda, sahibkarların VÖEN hesablarından da bəzi məlumatlar götürüləcək və digər mənbələrdən istifadə olunacaq. Düşünürəm ki, bu məlumatları əldən etdikdən sonra dəqiq ziyanı müəyyən edə biləcəyik”.

Şahin Mustafayevin sözlərinə görə, hazırda zərərçəkənlərin dəqiq sayı məlum deyil:

"Çünki ticarət mərkəzinin özü iki hissədən - "Diqlas-1”, "Diqlas-2”dən ibarətdir. Təxminən 60-a yaxın mağaza "Diqlas-1”də, 111 mağaza isə "Diqlas-2”dədir. Bu, ilkin rəqəmlərdir və İşçi Qrupunun əsas vəzifəsi bu rəqəmləri tam dəqiqliyi ilə araşdırmaqdır”.

"Diqlas” a daxil olmayan ətraf ərazilərdəki zərər çəkən sahibkarlarla bağlı nazir bildirib ki, bu məsələ araşdırılır. Bütün zərərçəkənlərlə bağlı məlumatlar əldə ediləcək. Yalnız bundan sonra komissiya lazım olan qərarı qəbul edəcək”, - deyə nazir əlavə edib.

Xatırladaq ki, martın 26-da "Diqlas” ticarət mərkəzində güclü yanğın baş verib. Yanğın zamanı 400-dən çox vətəndaşa maddi zərər dəyib.  

Prezident Administrasiyasının nümayəndəsi Hüseyn Mövsümov dünən icarədarlarla görüşdə bildirib ki, dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, "Diqlas”da malı yanan sahibkarlara dəyən ziyan dövlət tərəfindən ödəniləcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol