• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərin nəzərinə - 50 manat cərimələnə bilərsiniz

Sürücülərin nəzərinə - 50 manat cərimələnə bilərsiniz
29.03.2019 13:49
Baş Dövlət Yol Polisi İdarəsi "Təmiz hava" aylığına start verib. Martın 28-dən aprelin 28-ə kimi davam edəcək aylıq təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır və ekoloji nəzarətin gücləndirilməsinə xidmət edir.

Aylıq çərçivəsində atılacaq addımlar avtomobillərdən ixrac olunan zəhərli qazların miqdarının azaldılmasına yönəlib və ekologiyanın qorunması üçün zərüri tədbirlərdən biridir. Artıq bu gündən etibarən Baş Dövlət Yol Polisi İdarəsinin YPX alayının Ekoloji Nəzarət Bölüyünün ərazisində (Ekologiya postunda) zəhəri qazların miqdarı normadan artıq olan nəqliyyat vasitələri saxlanılıb və onların barəsində inzibati qaydada protokol tərtib olunub. Onlarla sürücüyə isə xəbərdarlıq edilib. Qısa müddət ərzində bu problem aradan qaldırılmasa barələrində cərimə tətbiq olunacağı vurğulanıb.

Qeyd edək ki, son dövlər zəhərli qazların miqdarı normadan artıq olan avtomobillərin sayı azalıb. İnzibati Xətalar Məcəlləsində avtomobili normadan artıq havaya qaz buraxan avtomobil sahiblərinin 50 manatadək cərimələnməsi nəzərdə tutulub.

Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsi sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin bir daha diqqətinə çatdırır ki, istifadələrində olan avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və xaric olan qazlarının tərkibinin ekoloji təhlükəsiz normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilə bilərlər. Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş ekoloji təhlükəsiz normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol