• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni “BirKart BOKT” fəaliyyətə başladı

Yeni “BirKart BOKT” fəaliyyətə başladı
03.04.2019 10:25
Kapital Bank-ın təsis etdiyi yeni "BirKart BOKT” MMC-nin ilk filialı fəaliyyətə başladı. Filial Bakının Yasamal rayonunda, Şərifzadə küçəsi 130D ünvanında olan Maxi.az mağazasında (İnşaatçılar metro stansiyasının yaxınlığında) yerləşir. Filial bazar ertəsi–cümə günü saat 11:00-dan 19:00-dək, şənbə və bazar günləri isə 10:00-dan 20:00-dək müştərilərə xidmət göstərir.

Bunu yaratmaqda əsas məqsəd partnyor mağazalarda və digər satış nöqtələrində müştərilərə faizsiz taksit imkanı verən kartın rəsmiləşdirilməsidir. Bununla da müştərilər mağazadan kənara çıxmadan, BirKart məhsulunu əldə etmək və istədiyi məhsulu faizsiz taksit şərtləri ilə almaq imkanı əldə edirlər. Yaxın zamanlarda daha bir neçə filialın açılması planlaşdırılır və qanunvericiliklə icazə verilən digər xidmətlər də müştərilərə təqdim olunacaq. 

Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. 

Bu kartları məvacib və təqaüdünü Kapital Bank-dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər həm "BirKart BOKT” MMC filiallarına, həmçinin Kapital Bank-ın istənilən digər filiallarına müraciət edə bilərlər. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. 

Məlumat üçün bildirək ki, "BirKart BOKT” MMC, Kapital Bank ASC tərəfindən təsis edilib və 5 noyabr 2018-ci il tarixindən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilən lisenziya əsasında fəaliyyətə başlayıb.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol