• $
  • €
  • ₽
  • ₺
  • £

8 yaşlı uşağı çay kənarına aparıb,zorladı - Azərbaycanda dəhşətli hadisə - TƏFƏRRÜAT

8 yaşlı uşağı çay kənarına aparıb,zorladı - Azərbaycanda dəhşətli hadisə - TƏFƏRRÜAT
29.05.2020 04:19
Sabirabad rayonunda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 2003-cü il təvəllüdlü Əmir Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Anews.az-ın xəbərinə görə, Əmir Vəliyev (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) yaşadığı Sabirabad rayonunun Axısxa kəndində, həmkəndlisi olan 2010-cu il təvəllüdlü Vüsal Babayevə təcavüz edib.

Azyaşlını aldatdı
Belə ki, Əmir Vəliyev 17 oktyabr 2018-ci ildə, saat 16 radələrində yaşadığı Axısxa kəndində kəndarası yolda Vüsal Babayevi görüb. O, azyaşlıya göyərçin quşu verəcəyini vəd edərək aldadıb.
Bu yolla Əmir Vəliyev Vüsal Babayevi yaşadıqları evin yaxınlığından keçən su kanalının kənarına aparıb. Orada aşkar surətdə on dörd yaşına çatmayan və azyaşlı olan, bu səbəbdən də müqavimət göstərmək iqtidarında olmayan zərərçəkmişə təcavüz edib.
Əmir Vəliyev zorakılıq göstərək, Vüsal Babayevin əynində olan şalvarını soyundurub. Sonra o, azyaşlının başından əli ilə şillə vurub və onu yerə uzadıb.

Su kanalının kənarında intim əlaqə
Daha sonra Əmir Vəliyev Vüsal Babayevlə qeyri-təbii yolla cinsi əlaqədə olub, ona qarşı seksual xarakterli hərəkətlər edib.
Bundan başqa, Əmir Bayramov orada Vüsal Babayevə "oral” sekslə məşğul olmağı tələb edib. Vüsal bundan imtina edəndə isə onu döyüb, sonda zorla istəyinə nail olub.

Tərbiyə müəssisəsi və 3 il cəza...
İstintaq orqanı tərəfindən Əmir Bayramovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əmir Bayramovun törətdiyi əməl tam sübuta yetirilib. Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Əmir Bayramov yetkinlik yaşına çatmadğı üçün cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi barədə hökm verilib.

Şərti cəza tələbi...
Hökmdən narazı qalan Əmir Bayramovun vəkili apelyasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin hadisəni törədən zaman yetkinlik yaşına çatmadığını əsas gətirib və barəsində təyin olunmuş hökmün dəyişdirilməsini istəyib. Vəkil müdafiə etdiyi şəxsə qarşı Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini xahiş edib.

Cəza yarıbayarıya azaldıldı
Vəkilin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rafiq Cəfərovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, apelyasiya şikayəti qismən təmin edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.
Yeni hökmə əsasən, Əmir Bayramovun barəsində təyin edilmiş 3 il müddətə azadlıqdan məhrumetmə cəzası 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası həddinədək azaldılıb.(publika)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Cəmiyyət 10:13
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Cəmiyyət 09:59
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol