• $
  • €
  • ₽
  • ₺
  • £

Toydan qaçan gəlin məktub yazdı - VİDEO

Toydan qaçan gəlin məktub yazdı - VİDEO
12.08.2014 15:00
Lənkəran rayonunun Havzava kəndində baş verən qəribə olay təkcə yaxınları deyil, bütün rayon sakinlərini şoka salıb.ANN.Az ANS TV-yə istinadən xəbər verir ki, 18 yaşlı Günəş Mənsimzadə toyuna 2 gün qalmış heç kəsə heç nə demədən qəfil yoxa çıxıb.Günəşin 3 il nişanlı olduğu Nazimi nə səbəbə qoyub qaçmasının səbəbləri isə heç kəsə bəlli deyil. Valideynləri deyir ki, qız öz xoşuna istədiyi oğlanla nişanlanıb və bu müddət ərzində aralarında ciddi problem də yaşanmayıb. Qız qaçmamışdan 2 gün öncə xoş əhval-ruhiyyə ilə gəlin evi də bəzədilib, dəvətnamələr paylanılıb.Qız atası Adil Mənsimov bütün baş verənlərə baxmayaraq yeganə qızının evinə qayıtmasını istəyir:“Günəş, mənim balam, atan əldən gedir, nə olar mənə bir səs ver. Mən səni atmaram, nə olar gəl. Xaraba qalsın internet çıxardanın evi”.Ağır ürək əməliyyatı keçirən ana - Mərziyə Mənsimova ilə danışmaq istəməsək də dərd özü onu danışdırdı. Qızını evə qaytarmaq üçün bizdən kömək dilədi: “Gəlsin evə, nə olar...”.Artıq ailə qaçan qızla bağlı Lənkəran şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edib. Təhqiqat bölməsinin təhqiqatçısı Mirqasım Abbasov bildirdi ki, faktla bağlı araşdırmalara başlanılıb. Maraqlı olan Günəşin gedərkən qoyub getdiyi iki məktubdur.“...Mən gedirəm. Bilirəm ki, çox şayiələr qoşacaqlar. And olsun yaradana tək gedirəm. Qız var anasıyla qalır, onlarda qalacam bir müddət. Onların yanında da işləyəcəyəm. Bu toy olsa sonda bədbəxtçiliklə bitəcək. Yaxşısı budur olmasın. Bəri başdan evlənməmək daha yaxşıdır. Zəhləmiz gedir bir-birimizdən. Evlənmək rüsvayçılıq olardı”.Deməli,18 yaşlı qız valideynlərin iddia etdiyi kimi də xoşbəxt deyilmiş. Toya gəlincə isə, avqustun 8-də gəlinsiz toy çalınıb.Günəş Mənsimzadənin atası Adil Mənsimov bir həftədir yoxa çıxan qızını tapmaq ümidilə Bakıya üz tutub.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol