• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda sürücülər etiraz etdilər - VİDEO

Bakıda sürücülər etiraz etdilər - VİDEO
12.08.2014 09:34
“London taksiləri"ndə planın artırılması sürücüləri bu gün bir araya gətirib. Etirazlarını öz işlədikləri taksi parkının rəhbərliyinə aksiya şəklində çatdırmağa çalışan sürücülərin bir çoxu, işdən gedəcəklərini də deyir. Rəhbərlik isə qiymət artımını inkar edir. ANN.Az ANS tv-ə istinadən xəbər verir ki, onlar gündəlik planın hansı səbəbdən qaldırılmasını öyrənmək istəyirlər. “London taksiləri"nin 50-60 sürücüsü Binəqədidəki bazada rəhbərliyin keçirdiyi iclasda iştirak edib. Onlar gündəlik planın 28 AZN-dən 34 AZN-ə qaldırıldığı üçün etriaz ediblər. Rəhbərlik isə etarazın daha da geniş vüsət almaması üçün onları dinləməyi qərara alıb. İclası yarıda tərk edən sürücülərin bir qismi bu planın onların ziyanına olduğunu deyir. Çünki hazırkı planı verməkdə az çətinlik çəkmirlər.Taksi sürücüsü Namiq Rzayev kimi digər sürücülər də iclasdakı fikirlərlə razılaşmır və planın qaldırılmasının taksilərin və onların yerləşdiyi bazanın təmiri xarakteri daşıdığını düşünürlər. Kimi bu şərtlərlə işləməyəcəyini, kimi də elə bu gündən etibarən açarları təhvil verib gedəcəyini deyirdi. Mövcud vəziyyətə etiraz edən sürücülərin aqibətinin necə olacağını öyrənmək üçün rəhbərliklə görüşməyə cəhd etdik. Amma idarənin məsul işçilərindən biri buna imkan verməsə də bildirdi ki, heç bir plan qaldırılmayıb, burdakı söhbət başqadır.Bizə verilən cavab fərqli olsa da taksi sürücüləri və idarənin öz əməkdaşları narazılığın planın qaldırılması səbəbindən olduğunu deyirdilər. İsrarla "rəhbərliklə görüş mümkün deyil", deyən idarə işçiləri isə bizə ironiya ilə yaxşı yol deyib, arxamızca su atmağı da unutmadılar. Su aydınlıqdır, deyiblər. Hər halda bizim gördüyümüz iş aydındır, amma bu taksi sürücülərinə, elə çoxuna aydın olmayan məqamlar hələ də qalmaqdadır.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol