• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvandan Bakıya gələcək sərnişinlər üçün yeni xidmət istifadəyə verilib

Naxçıvandan Bakıya gələcək sərnişinlər üçün yeni xidmət istifadəyə verilib
16.06.2020 11:04
yunun 18-dən ölkə ərazisində daxili uçuşların - Naxçıvan Muxtar Respublikasına bərpa edilməsi nəzərdə tutulur. Ölkə ərazisində koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədi ilə "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin daxili reyslərindən istifadə edən sərnişinlərdən COVID-19 testinin verilməsi tələb olunur.

"Report" xəbər verir ki, bu təşəbbüsə dəstək olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Sərnişinlər üçün onlayn növbə (COVID-19)” adlı yeni elektron xidmət istifadəyə verib. 

Bu elektron xidmət vasitəsilə aviabilet sahibləri COVID-19 testi üçün müayinə vaxtını onlayn təyin edə biləcəklər.

Belə ki, vətəndaşlar agentliyin rəsmi internet səhifəsində "E-xidmətlər” bölməsində yaradılan "Sərnişinlər üçün onlayn növbə (COVID-19)” adlı altbölməyə keçid edərək açılan pəncərədə bilet nömrəsini daxil etməli və "Bileti yoxla” düyməsini seçməlidirlər. Bilet təsdiqini tapdıqdan sonra müayinə vaxtını təyin etmək üçün vətəndaş ona uyğun olan tarix və saatın yazıldığı "Randevu al” xanasını seçməlidir. Bu zaman ekranda görünən bildirişdə vətəndaşın müraciət edəcəyi tibb müəssisəsinin adı, ünvanı, eləcə də müayinə tarixi və saatı qeyd ediləcək.

Vətəndaş yuxarıda göstərilən eyni qayda ilə müayinə vaxtını dəyişə bilər. Bu zaman öncə alınan tarix silinəcək. Vətəndaşlar nəzərə almalıdırlar ki, randevunu icbari tibbi sığortanın platformasında yalnız uçuş tarixinə uyğun olaraq təqdim olunacaq aralıqda seçə bilərlər. Belə ki, uçuş tarixinə 48 saat qalmış randevu verilməsi mümkün olmayacaqdır (sərt karantin rejimi günləri tətbiq edilərsə həmin günlərə düşən randevuların müddəti dəyişdirilə bilər). Uçuşdan ən gec 48 saat əvvəl və ən tez 96 saat əvvəl COVID-19 üçün müayinədən keçmək lazımdır.

Tibb müəssisəsinə müraciət edən vətəndaş şəxsiyyət vəsiqəsini və uçuş biletini mütləq şəkildə qeydiyyatçıya təqdim etməlidir. Sərnişinlərdən tələb olunan COVID-19 testi ödənişsizdir. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol