• $
  • €
  • ₽
  • ₺
  • £

Balakəndə narkotik bitki becərən şəxslər tutuldu

Balakəndə narkotik bitki becərən şəxslər tutuldu
16.06.2020 20:00
Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyasında və saxlamasında şübhəli bilinən Ş.Şeyxov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən ümumi çəkisi səkkiz kiloqrama yaxın olan 1 391 ədəd çətənə kolu və qurutmaq üçün sərdiyi 1,5 kq marixuana aşkar edilərək götürülüb.

Araşdırma zamanı Ş.Şeyxovun həmin narkotik vasitəni X.Novruzovla birlikdə əkib-becərdiyi məlum olub. X.Novruzov da şübhəli şəxs qismində saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış keçirilən zaman sellofan torbada 790 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol