• $
  • €
  • ₽
  • ₺
  • £

Xaçmazda maşın piyadaları vurdu: Ölən var

Xaçmazda maşın piyadaları vurdu: Ölən var
16.06.2020 20:30
Bəzi kütləvi informasiya vasitələrində Xaçmaz rayonu ərazisində naməlum sürücü tərəfindən iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi, hadisəni törətmiş sürücünün guya hadisə yerindən qaçması ilə bağlı məlumatlar yayılıb.

Anews.az xəbər verir ki, bu barədə Xaçmaz Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Xaçmaz rayonunun prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü tutularaq istintaqa cəlb edilib.

Belə ki, iyunun 15-də, saat 22 radələrində, Xudat şəhəri ərazisində Siyəzən şəhər sakini Tərlan Əliyevin idarə etdiyi "VAZ-2102” markalı, 53-BD-083 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyadalar - İbrahim Şahbazov və Nurməhəmməd Seyidəliyevi vurması nəticəsində sonuncu aldığı xəsarətlərdən vəfat edib, İ.Şahbazov isə bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə hadisə yerinə və meyitə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

İstintaqla hadisənin T.Əliyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq idarə etdiyi avtomobillə törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və müdafiəçinin iştirakı ilə dindirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol