• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL-ın vitse-prezidenti: “Düşünmürəm ki, kiminsə biletə görə pula ehtiyacı var”

AZAL-ın vitse-prezidenti: “Düşünmürəm ki, kiminsə biletə görə pula ehtiyacı var”
16.06.2020 17:44
"Bakı-Naxçıvan-Bakı reysi üzrə uçuşlar üçün bilet satışını onlayn açdığımız zaman ilk 10 dəqiqə ərzində Naxçıvan-Bakı istiqamətində, 30 dəqiqə ərzində iki reys üzrə biletlərin hamısı satıldı”.
 
Bu sözləri "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti, AZAL sərnişindaşıma şirkətinin icraçı direktoru Eldar Hacıyev deyib.
 
O bildirib ki, növbəti gün ərzində bu istiqamətlərdə iyun ayına olan biletlərin hamısı, hətta iyul ayının ikisinə olan biletlər belə satılıb:
 
"Bildiyimiz kimi, Bakı-Naxçıvan-Bakı reysi üzrə uçuşlarımız iyun ayının 18-dən başlayacaq və həftədə iki reys olmaq şərtilə həyata keçiriləcək. Elə ilk gün Bakı-Naxçıvan-Bakı istiqamətində 2 reys yerinə yetirəcəyik. Ondan sonra da hər həftənin 2-ci və 4-cü günləri gündə bir reys olmaqla uçuşları həyata keçirməyi planlaşdırırıq. Satışın onlayn qaydada belə sürətli getməsi bir çox şikayətlərin ortaya çıxmasına səbəb oldu. İnternetlə əlaqədar olan gənc nəsil daha tez biletləri ala bildi və yaşlı, xəstə insanlar fürsətdən faydalana bilmədi. Ona görə də, biz iyulun 7-dən başlayaraq onlayn satışı dayandırdıq”.(Qafqazinfo)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol