• $
  • €
  • ₽
  • ₺
  • £

FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi

FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi
17.06.2020 15:41
Fövqəladə Hallar Nazirliyi (FHN) çimərlik ərazilərində təhlükəsizlik tədbirlərini gücləndirib.

Bu barədə Anews.az-a açıqlamasında nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət mayoru Aqşin Əlili deyib.

Onun sözlərinə görə, bu tədbirlər ölkədə çimərlik mövsümünün başlaması ilə əlaqədardır: "Bilirsiniz ki, iyun ayının 16-dan çimərlik mövsümü başlayıb. Buna baxmayaraq Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti olaraq biz mövsümqabağı təhlükəsizlik tədbirləri görmüşük. Bu tədbirlər çərçivəsində xidməti ərazilərdə dalğıclar vasitəsilə sualtı baxışlar keçirilib, həmin yerlər təmizlənib, sualtı müayinələr zamanı aşkar olunmuş təhlükəli yerlər xüsusi nişanlanıb. Eyni zamanda, çimərliklərdə üzmə sərhədini müəyyən edən nişanlar yerləşdirilib, bu nişanlar vətandaşlara həmin yerə qədər üzməyə icazə verir.

Bununla yanaşı, vətəndaşların marifləndirilməsi ilə bağlı ərazilərə xüsusi təlimat lövhələri vurulub. Həmin lövhələrdə çimərliklərdə davranış qaydaları əks olunub. Həmçinin, struktur bölmələrin balansında olan bütün texnika və vasitələr mövsüm üçün hazır vəziyyətə gətirilib. Artıq iyunun 15-dən Dövlət Xidməti güncləndirilmiş rejimə keçib".

Qurum rəsmisi çimərliklərdən istifadə edən şəxslərə müraciət də edib: "Vətəndaşlardan xahiş edirik ki, gedəcəkləri çimərliklər haqqında əvvəlcədən məlumat toplasınlar. Əgər hər hansı çimərlikdə xilasedici yoxdursa, xilasetmə texniki vasitələri mövcud deyilsə, üzmə sərhədlərini müəyyən edən nişanlar quraşdırılmayıbsa, bu o deməkdir ki, həmin ərazidə təhlükəsizlik tədbirləri görülməyib, bu da xırda bir ehtiyatsızlıqdan suda boğulma kimi faciələrə səbəb ola bilər. Ona görə də əhaliyə müraciət edirik ki, yalnız nəzarət olunan çimərliklərə getsinlər. Ölkə ərazisində ayrı-ayrı çaylar, su kanalları və digər su tutarları var ki, onlar çimərlik üçün nəzərdə tutulmayıb və vətəndaşlar bu prosesdə diqqətli olmalıdırlar. Bu ərazilər çimərlik kimi nəzərdə tutulmadığından həmin ərazilərdən çimərlik kimi istifadə qadağandır.

Eyni zamanda, həmin ərazilərdə hansısa bir bədbəxt hadisə baş verərsə, sualtı relyefin mürəkkəbliyi və sualtı maneələrin çoxluğundan həmin ərazilərdə xilasetmə işləri həyata keçirməyə çətinlik çəkirik. Elə yerlər var ki, hətta orada xilasetmə üçün dalğıc enişləri də edə bilmirik. Ona görə də əhali çalışmalıdır ki, yalnız çimərlik üçün nəzərdə tutulan yerlərə getsinlər, küləkli havada, dalğalı vəziyyətdə olan suya girməsinlər, hava qaralandan sonra dənizdə çimməsinlər. Nəzarət olunan ərazilərdə də nəzarətçilərin çağırışına əməl etsinlər, təhlükəsizlik nişanlarını keçməsinlər, azyaşlıları nəzarətsiz buraxmasınlar.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya dövründə çimərliklərlə bağlı metodiki göstərişlərinə əməl etsinlər. Vətəndaşlar çimərliklərdə sosial məsafəni gözləməli, çimərliklərdə qurulan çətirlərin ara məsafəsi 4 metrdən az olmamalıdır. Əhali çimərlik ərazisində su ilə birbaşa təması olmayan ərazilərdə maskadan istifadə etməlidir. Çimərlik sahəsində özünda koronavirus infeksiyasının simptomlarını hiss edən şəxs mütləq tibb məntəqələrinə müraciət etməlidirlər. Çimərlik ərazisi əsasən səhər 9:00-dan 20:00-a kimi daha təhlükəsizdir".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol