• $
  • €
  • ₽
  • ₺
  • £

İstirahət mərkəzləri ilə bağlı məhdudiyyət tətbiq edilir - DİQQƏT

İstirahət mərkəzləri ilə bağlı məhdudiyyət tətbiq edilir - DİQQƏT
18.06.2020 11:22
İyunun 14-16-da Azərbaycanın 4 şəhər və 5 rayonunda tətbiq edilən küçəyə çıxma qadağası həmin ərazilərdə yaşayan insanların başqa regionlara üz tutmasına səbəb oldu. İyunun 16-da Bakının Astara, Quba və Şamaxı istiqamətindən girişlərində yaranan bir neçə kilometrlik tıxaclar da bunun sübutu oldu.

Həmin günlərdə insanların istirahət üçün getdikləri rayonlarda sıxlıq yaşandı.
 
Artıq bu sıxlığın qarşısını almaq üçün bəzi rayonların istirahət zonalarında məhdudiyyətlər tətbiq olunmağa başlanılıb. Onlardan biri də Masallı rayonunda yerləşən "İsti su” istirahət və müalicə mərkəzidir.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev açıqlamasında bildirib ki, qeyd edilən ərazidə bəzi məhdudiyyətlərin tətbiq edilməsi qərarı ilə bağlı polis əməkdaşları xidmət aparır: "Həmin əraziyə müalicə üçün gələn şəxslərə heç bir məhdudiyyət yoxdur. İstirahət etmək üçün gələnlərin sayına nəzarət olunur ki, istirahət mərkəzinə tutumundan çox insan daxil olmasın və ərazidə sıxlıq yaranmasın. Həmçinin, yoluxma sayının yüksək olduğu rayon və şəhərlərdən gələnlər də diqqətdə saxlanılır ki, digər şəxslərlə sıx ünsiyyətdə olmasınlar”.(Qafqazinfo)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol