• $
  • €
  • ₽
  • ₺
  • £

Böyük idman kompleksləri pandemiya ilə mübarizəyə ayrıla bilər - AÇIQLAMA

Böyük idman kompleksləri pandemiya ilə mübarizəyə ayrıla bilər - AÇIQLAMA
19.06.2020 11:42
"Ölkədə koronavirusa yoluxma halları stabil olaraq artdığı üçün modul tipli xəstəxanalar, eləcə də, digər dövlət xəstəxanaları pandemiya ilə mübarizəyə ayrılır. Belə davam edərsə, dünya ölkələrində tətbiq edilən praktikanı nümunə götürüb, Bakı İdman Sarayını da pandemiya üçün bağlamaq olar”.

Bunu İctimai İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov ATV telekanalında yayımlanan "ATV Qərargah” verilişində çıxışı zamanı deyib.

O bildirib ki, ölkədə vəziyyətin gedişatından asılı olaraq, ABŞ-ın, Türkiyənin, Çinin, Rusiyanın, İspaniya, İtaliya və Böyük Britaniyanın təcrübələrindən yararlana bilərik:

"Belə ki, həmin ölkələrdə geniş idman sarayları, mərkəzləri pandemiya ilə mübarizəyə ayrılıb. Bizdə də Bakı İdman Sarayı, eləcə də, digər geniş idman kompleksləri koronavirusla mübarizə xəstəxanalarına çevrilə bilər. Bu məsələ öncədən müzakirə edilə bilər. Həmin mərkəzlərin bəzilərinin yüngül, bəzilərinin isə daha ağır xəstələrin yerləşdirilməsi üçün ayrılması mümkündür”.

N.Seyidov vurğulayıb ki, bu istiqamətdə müzakirələr insanların digər xəstəliklərlə bağlı müraciətlərinin də tənzimlənməsinə kömək edə bilər:

"Bu, digər xəstəliklərlə bağlı müraciət edən şəxslərin daha rahat şəkildə qəbul olunmasını təmin etmək üçün əlverişli ola bilər. Eyni zamanda, artan xəstə sayını da nəzarətdə saxlaya bilərik”.(oxu az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol