• $
  • €
  • ₽
  • ₺
  • £

İki aylıq "Sosial iş"ə cəlb edilənlərə 43 manat verilib - Gədəbəydən ŞİKAYƏT

İki aylıq "Sosial iş"ə cəlb edilənlərə 43 manat verilib - Gədəbəydən ŞİKAYƏT
19.06.2020 13:51
"İki ay bizi sosial işə cəlb etdilər. İki ay üçün 43 manat maaş verdilər"- bu barədə Gədəbəy rayon sakinləri Samir Aliyev, Nərminə Verdiyeva və Sabir Əliyev  Anews.az-a göndərdiyi  şikayət məktubunda bildirir. 

Onların sözlərinə görə, koronavirus pandemiyası səbəbindən 190 manat ala bilmədikləri üçün  sosial işə cəlb olununublar.
 
"Koronavirus pandemiyasına görə, işsizlər və aztəminatlı ailələrə 190 manat yardım verilirdi. Biz də müraciət etdik. 190 manatı ala bilmədik. Bundan sonra Gədəbəy rayon Məşğulluq Mərkəzindən işsiz kimi qeydiyytdan keçərək iki aylıq müvəqqəti sosial işə cəlb olunduq. Gədəbəy şəhər icra nümayəndəliyinin tabeçiliyində iki ay işlədik. İki ay üçün maaş kartı aldıq. Sosial işə hər ay üçün 250 manat verildiyi halda, bizə cəmi 43 manat maaş verildi", - deyə sakinlər bildirirlər. 

Həmin sakinlər aidiyyatı qurumlardan maaşlarının tam ödənilməsini xahiş edir. 

Məsələ ilə bağlı Gədəbəy şəhər icra nümayəndəsi Şakir Məsimovla əlaqə saxladıq. Məsimov bildirir ki, iki aylıq sosial işə cəlb olunanların pulları tam veriləcək.
 
"43 manat 4 iş gününün əmək haqqıdır. Vətəndaşlar tələskənlik edirlər. İki ay üçün nəzərdə tutulan məbləğ həmin şəxslərin kartlarına köçürüləcək" -deyə Məsimov əlavə etdi. 
 
Zaur Qənbərov

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol