Azərbaycanda koronavirusa yoluxan yüksək vəzifəli məmurun vəziyyəti ağırlaşıb - AÇIQLAMA

Samux Rayon İcra Hakimiyyəti başçısının yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan müavini Qəzənfər Əliyevin vəziyyəti ağırlaşıb.
Anews.az xəbər verir ki, bunu "Report"a Q.Əliyevin müalicə aldığı Goranboy Rayon Mərkəzi Xəstəxanasından bildiriblər.
"Qəzənfər Əliyevin vəziyyəti kritik olaraq qalır, hazırda müalicə işləri davam etdirilir", - məlumatda vurğulanıb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























