• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda koronavirus testi neqativ çıxdı, pozitiv təqdim etdilər - FOTOLAR

Bakıda koronavirus testi neqativ çıxdı, pozitiv təqdim etdilər - FOTOLAR
21.06.2020 12:07
Bakıda "Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik"də Covid-19 testindən keçən vətəndaş xoşagəlməz durumla qarşılaşıb.
"Qafqazinfo" xəbər verir ki, Sadıq-zadə Mirzə Zeynal oğlu sözügedən tibb ocağında testdən keçib, onun nəticəsi neqativ çıxıb.
Lakin "Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik" İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə vətəndaşın test cavabını pozitiv kimi təqdim edib.

Bu barədə "Qafqazinfo"ya danışan S.Mirzə bildirib ki, ona yaxın olan şəxslərdən birinin Covid-19 testinin nəticəsi pozitiv çıxıb və bu səbəbdən narahat olduğu üçün özü də test etdirib:
"Testdən bir neçə gün öncə yüngül öskürək və 37,4-37,5 qızdırmam var idi. Təcili yardıma bildirsəydim, cavablar 3 günə  çıxacaqdı və əgər məndə pozitiv idisə, kimisə yoluxdura bilərdim. Bu səbəbdən "Referans"a yollandım ki, əmin olum. Çox şükür ki, cavab neqativ çıxdı. Və artıq test verməyə gedəndə məndə heç bir narahatlıq yox idi -  nə öskürək qalmışdı, nə də qızdırma".

Şikayətçi onu da bildirib ki, bundan öncə xüsusi karantin rejimi dövründə portalda iş üçün icazəsi olub:
"Bu gün baxdım ki, silinib. Yeni icazə götürmək istədiksə isə bildirildi ki, Covid-19-a yoluxmuş şəxs 21 gün sonra götürə bilər. Laboratoriya mərkəzinin hansısa işini düzgün görməyən əməkdaşı mənim barəmdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə yanlış məlumat verərək, nəticəmin pozitiv çıxdığını bildirib. Bu səbəbdən, dünəndən telefonuma gələn zənglər və mənim hər birinə göndərdiyim testin nəticələrinə inansalar da, adını qeyd etdiyim Poliklinika öz səhvini düzəltmədi. Və mənim portalda olan iş icazəm ləğv olunmuş, adıçəkilən virusa "yoluxmağım" səbəbi ilə yeni icazə götürməyim mümkünsüzləşmişdi. Dünən "Referans"la əlaqə saxladım. Bildirdim ki, sizin məsuliyyətsizliyinizdir. Düzəldin səhvinizi. Dedilər ki, narahat olmayın. Sizdə cavab neqativdir. Kim dəqiqləşdirmək istəsə , bizim əlaqə nömrəmizi verin. Ancaq TƏBİB-ə verdikləri yanlış məlumatı düzəltmədilər. Bir saat öncə də TƏBİB-ə məlumat vermişəm. Dedilər ki, sizə məlumat veriləcək".
Məsələ ilə bağlı TƏBİB-dən "Qafqazinfo"ya bildirilib ki, vətəndaş müraciət edibsə, araşdırılacaq.
Xatırladaq ki, S.Mirzə Covid-19 testi üçün klinikaya 100 manat ödəniş edib.




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:28
Bu ərazilərdə işıq olmayacaq
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Cəmiyyət 21:55
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 21:20
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Cəmiyyət 20:15
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Cəmiyyət 19:30
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Cəmiyyət 18:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Cəmiyyət 17:35
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Cəmiyyət 17:12
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol