Milli Məclisdə koronavirusa yoluxan ikinci deputat kimdir? -AÇIQLAMA

Ötən gün, iyunun 20-də deputat Sahib Alıyevin koronavirusla bağlı verdiyi testin nəticəsi POZİTİV çıxıb.
Bundan sonra, sosial şəbəkələrdə və mediada Milli Məclisdə daha bir deputatın da koronavirusa yoluxduğu xəbərləri yayılmağa başladı.
Bəs, koronavirusa yoluxan ikinci deputat kimdir?
Mövzu ilə bağlı anews.az MM-in mətbuat katibi Ceyhun Əli ilə əlaqə saxlayıb.
O, deputat Sahib Alıyevin koronavirusa yoluxması xəbərini təsdiqlədikdən sonra qeyd edib ki, başqa bir deputatın koronavirusa yoluxması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir:
" Milli Məclisin bütün deputatları və aparat işçilərindən COVİD 19-la bağlı test götürülüb. Amma testin nəticəsi yalnız bir deputatda müsbət çıxıb".
www.anews.az