• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Rza Rzayev "Pandemiya" filmini təqdim edib - VİDEO

Rza Rzayev
07.07.2020 17:09
anınmış aktyor və rejissor Rza Rzayev "Pandemiya" adlı qısametrajlı bədii film çəkib.


Anews.az AFN xəbər verir ki, "Pandemiya bir təbii fəlakət olmaqla yanaşı insan həyatının bütün sahələrini bürüyən kəskin böhranı ortaya çıxartdı. Bu baxımdan onun fəlsəfi, düşündürücü əhəmiyyəti böyükdür" deyən R.Rzayev filmin təqdimatı ilə bağlı bunları bildirib: "O, bütün dünyanın siyasi-iqtisadi dayaqlarını silkələdi, mövcud ictimai münasibətləri uçurub yenilərinin yaranma zərurətini meydana çıxardı, insan azadlığı ilə onun yaşam zərurəti arasındaki ziddiyəti gücləndirdi, "sosial məsafə", "sosial və özünü təcrid ", "özünə nəzarət", "şəxsi məkanı tərk etməmək" anlayışlarını meydana gətirdi.

Xeyirlə Şər arasındaki əzəli-əbədi mübarizə yeni müstəvidə, yeni formada təzahür etməyə başladı. Antihumanizmin qlobal dominant düşüncə və həyat tərzinə çevrilməsi insan varlığının "olum-ölüm" dilemmasını daha da kəskinləşdirdi.

Rejissor Rza Rzayevin təqdim olunan "Pandemiya" adlı filmi bu yeni mübarizə formasını, həyatı qoruyub saxlamaq üçün ictimai münasibətlərin yenidən şəkillənməsi zərurətini, cəmiyyətin bütün dairələrində və eləcə də insanın ruh həyatında laqeydlik, hərislik, xudbinlik, məsuliyyətsizlik, təkəbbür, intizamsızlıq və.s kimi xüsusiyyətlərin artıq yanlız sadəcə mənəvi naqisliklər, neqativ mental xüsusiyyətlər deyil, həm də insanın fiziki məhvini, ölümünü şərtləndirən Şər vasitələri olduğunu əks etdirir.

Film göstərir ki, əsas ölüm təhlükəsi pandemiyanın özündə deyil, cəmiyyət sağlam ümmumineti ilə hər hansı virusun xaricdən gətirdiyi ölüm təhlükəsinin qarşısını ala bilər. Ölüm pandemiyaya qədərki cəmiyyətdə, onun ictimai münasibətlərində, fərdlərinin mənəviyyatında naqislik və eybəcərliklərin birikib yetişməsindədir. Cəmiyyət orqanizmi daxildə öz ölümcül xəstəliklərini daşıyır. Pandemiya kəskin bir xarici amil olaraq sadəcə daxildə yetişən bu ölümü üzə çıxarır".

Filmi aşağıdakı heyət ərsəyə gətirib:

Ssenari Müəllifi & Quruluşçu Rejissor - Rza Rzayev
Quruluşçu Operator - Raid Abbasov
Quruluşçu Rəssam - Rza Rzayev
Mətn - Arzu Əsəd
Bəstəkar - Firudin Allahverdi
Baş Prodüser - Rövşən Tağıyev & Rza Rzayev
Layihə Rəhbəri - Rüstəm Əliyev
İkinci Rejissor - Bəhruz Vaqifoğlu
Redaktor - Günay Arda
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Quru sərhədlərin bağlı qalması turizmə ciddi təsir edir - Kənan Qasımov
Cəmiyyət 11:22
Quru sərhədlərin bağlı qalması turizmə ciddi təsir edir - Kənan Qasımov
Nazirlik müraciətimə nə vaxt baxacaq? Mən öləndən sonra?! - Xalq artisti
Cəmiyyət 17:20
Nazirlik müraciətimə nə vaxt baxacaq? Mən öləndən sonra?! - Xalq artisti
Vaqif Mustafayev Prezident tərəfindən təltif olunub
Cəmiyyət 15:59
Vaqif Mustafayev Prezident tərəfindən təltif olunub
Prezident Rasim Balayevlə bağlı sərəncam imzaladı
Cəmiyyət 14:10
Prezident Rasim Balayevlə bağlı sərəncam imzaladı
Xalq rəssamı Fazil Nəcəfov vəfat edib
Cəmiyyət 12:34
Xalq rəssamı Fazil Nəcəfov vəfat edib
Türkiyədə 870 illik məscid üç böyük zəlzələ olsa da dağılmadı - Fotolar
Cəmiyyət 20:24
Türkiyədə 870 illik məscid üç böyük zəlzələ olsa da dağılmadı - Fotolar
Xalq artisti vəfat etdi
Cəmiyyət 22:49
Xalq artisti vəfat etdi
ASAP xarici ölkələrdə Gənclər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
Cəmiyyət 15:32
ASAP xarici ölkələrdə Gənclər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol