• $
  • €
  • ₽
  • ₺
  • £

Vətən müharibəsi dövründə psixoloji sarsıntı keçirən ailələrə dəstək və dərman preparatları verilib - FOTO

Vətən müharibəsi dövründə psixoloji sarsıntı keçirən ailələrə dəstək və dərman preparatları verilib - FOTO
06.12.2020 13:25
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi şəhid ailələri, müharibədə yaralanmış şəxslər və onların ailə üzvlərinə psixoloji dəstək tədbirlərini davam etdirir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, psixoloq və psixiatrlardan ibarət qruplar son günlərdə 712 ailə ilə görüşüblər.

Psixoloji dəstək tədbirlərinə ehtiyacı olan ailələrə psixokorreksiya işləri üzrə seanslar keçirilir. Həmçinin ilkin diaqnostikadan sonra bir çox şəxslərə ehtiyaclarına uyğun ödənişsiz dərman preparatları verilib.

Noyabrlın 19-dan fəaliyyətə başlayan "Onlayn psixoloji dəstək xidməti”nə (050 406 75 85) isə 200-yə yaxın zəng daxil olub.
 
Müraciətlərin məzmununa uyğun olaraq psixoloqlar vətəndaşlara dəstək yönümlü xidmətlər göstəriblər. Hazırda bu istiqamətdə işlər davam etdirilir. 

Xatırladaq ki, 44 günlük müharibə dövründə də Agentlik erməni təxribat və terrorundan zərər çəkən şəxslərlə, ailələrlə görüşərək, onlara ehtiyac duyduqları psixoloji xidmətləri göstərib. Həmçinin ailələrin sosial vəziyyətləri qiymətləndirilib, ehtiyac duyduqları sosial dəstək tədbirləri müəyyənləşdirilib

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol