• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyevə generalisimus rütbəsi vermək xahiş olunub

İlham Əliyevə generalisimus rütbəsi vermək xahiş olunub
05.12.2020 20:37
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ehtiyatda olan polkovniki Vahid Zeynalov Milli Məclisinin sədri Sahibə Qafarovaya müraciət edərək prezident İlham Əliyevə ueneralisimus hərbi rütbəsi verməyi xahiş edib. 


Polkovnik müraciətində Azərbaycanda generalissimus rütbəsinin təsis edilməsini və  Ali Baş Komandan, Prezident İlham Əliyevə bu rütbənin verilməsini xahiş edib:

"Hörmətli Sahibə xanım, bu gün Azərbaycan xalqı tarixinin ən qürurlu, sevincli günlərini yaşayır. 30 ildir həsrətlə gözlədiyimiz günlərə qovuşduq.


Bu qüruru, sevinci bizlərə qaytaran Şanlı Azərbaycan Silahlı Qüvvələri və onun müzəffər Ali Baş Komandanım cənab İlham Əliyev oldu.


Çoxsaylı xarici təzyiqlərə baxmayaraq, öz xalqına arxalanan dəmir iradəli, güclü diplomat və müzəffər sərkərdə olan cənab İlham Əliyevin qətiyyəti, 17 ildə yürütdüyü xarici və daxili siyasəti nəticəsində 30 illik həsrətə 44 gündə son qoyuldu.


Bir qayda olaraq müharibə dövründə böyük ordu birləşmələrinə komandanlıq etmiş generallara, yüksək hökumət adamlarına və dövlət başçılarına generalissimus rütbəsi verilir.


Tarixdə bir çox ölkələrdə fərqli vaxtlarda 1569-cu ildən bu rütbəyə Avstriyada 3, Almaniyada 3, İtaliyada 3, Çində 6, Fransada 12, Rusiyada 6, keçmiş SSRİ-də 1 nəfər layiq görülüb.


Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərdiyi şücaət, qəhrəmanlıq ona generalissimus rütbəsinin verilməsini labüd edir.


Ona görə də xahiş edirəm Azərbaycan Respublikasında generalissimus rütbəsinin yaradılması haqqında qərar qəbul edəsiniz və xalqımızın qəhrəman oğlu, müzəffər sərkərdə, güclü diplomat cənab İlham Əliyevə həmin rütbəni verəsiniz.


Qoy, Prezidentimiz Qələbə Paradını həmin rütbə ilə qəbul etsin!


Yaşasın Azərbaycan, yaşasın cənab Ali Baş Komandan!


Qarabağ Azərbaycandır!”.







Bu riyaziyyatçı öz alqoritmi ilə pul qazanmağın yolunu açıqlayıb...














www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol