• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”in Klass tariflərində eyni qiymətə daha çox dəqiqə və internet

“Bakcell”in Klass tariflərində eyni qiymətə daha çox dəqiqə və internet
14.12.2020 12:52
Bakcell özünün yenilənmiş Klass tarifləri vasitəsilə indi eyni qiymətə daha çox internet və dəqiqə təklif edir. 
Bundan sonra, Bakcell abunəçiləri istifadə etdikləri Klass paketlərində daha çox internet və dəqiqə əldə edərək ölkənin ən sürətli mobil şəbəkəsinin potensialından və üstün müştəri təcrübəsindən yararlana biləcəklər. Yeni Klass tarifləri aşağıdakı üstünlükləri təqdim edir:
- "Klass 10” (əvvəlki "Klass XL” tarifi): ayda 10 manata 1 GB İnternet və 250 dəqiqə əvəzinə 2 GB İnternet və 300 ölkədaxili dəqiqə;


- "Klass 25” (əvvəlki "Klass XXL”): ayda 25 manata 2 GB İnternet və 750 dəqiqə əvəzinə 15 GB İnternet, 800 şəbəkədaxili və 250 şəbəkəxarici dəqiqə;


- "Klass 50” (əvvəlki "Klass 3XL”): ayda 50 manata 10 GB İnternet və 2000 dəqiqə əvəzinə 20 GB İnternet, şəbəkədaxili zənglər üçün 2500 dəqiqə, şəbəkəxarici zənglər üçün 500 dəqiqə və rouminqdə 2 GB İnternet trafiki (1GB əvəzinə);


- "Klass 5” (əvvəlki "Klass L”): ayda cəmi 5 manata 100 ölkədaxili dəqiqə və 500 MB (200 MB əvəzinə). 
Bundan əlavə, Bakcell tam yeni "Klass 15” tarifini təqdim edib. Bu tarif sayəsində abunəçilər ayda  15 AZN ödəməklə ölkədaxili zənglər üçün 450 dəqiqə və 5 GB İnternet əldə edəcəklər. 
Yeni Klass tarifləri və qoşulma şərtləri barədə daha ətraflı məlumat https://www.bakcell.com/klass/az/klass/ səhifəsində yerləşdirilib. 
"Biz müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinin tələb və ehtiyaclarını nəzərə alaraq şirkətimizin təqdim etdiyi müştəri təcrübəsinin təkmillləşdirilməsi üzərində daim çalışırıq. "Klass” tarifinin istifadəçiləri indi eyni qiymətə daha çox internet trafiki və dəqiqə əldə edərək Azərbaycanın ən sürətli mobil şəbəkəsinin üstünlüklərindən daha sərfəli şərtlərlə yararlanacaqlar. Yenilənmiş "Klass” tarifləri yerli bazarın ən sərfəli və rahat təkliflərindən biridir”, deyə Bakcell şirkətinin baş kommersiya direktoru Reinhard Zuba bildirib. 

Qeyd edək ki, bütün Klass tariflərində limitsiz WhatsApp yazışması (yalnız mətn) pulsuzdur. "Klass 50” paketinin istifadəçiləri isə "WhatsApp”dan pulsuz və limitsiz olaraq istifadə etmək imkanına malikdirlər.

Bakcell şirkəti məhsul və xidmətlərinin keyfiyyətini daim inkişaf etdirərək abunəçilərinə daha yaxşı müştəri təcrübəsi təqdim edir. Ölkədə ən geniş əhatə dairəsinə malik olan, tanınmış OOKLA şirkəti tərəfindən ardıcıl olaraq 3 dəfə "Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülən Bakcell şəbəkəsi bunun üçün bütün texniki imkanlara malikdir.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Cəmiyyət 23:10
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol