Rauf Dadaşov “Space”ə gətirilir - İşçilər məzuniyyətə göndərilir

"Space” teleradio şirkətinə yeni rəhbər gətirilən Müşfiq Hətəmov televiziyada ciddi dəyişikliklər etməyə başlayıb.
"Qafqazinfo”nun məlumatına görə, Müşfiq Hətəmov kanalın heyətini az qala, tamamilə dəyişmək qərarına gəlib. Belə ki, 15 ildir "Space” TV-də icraçı direktor vəzifəsində çalışan Kamil Şahverdiyevin yerinə ATV-nin vitse-prezidenti vəzifəsində işləmiş Rauf Dadaşovun gətiriləcəyi deyilir.
Artıq o, bir neçə dəfə "Space”ə gələrək vəziyyətlə tanış olub. Dadaşovun Şahverdiyevin işlərini tam təhvil verməsindən sonra vəzifəsinin icrasına başlayacağı gözlənilir.
www.anews.az
Son xəbərlər 
Daha çox 























