• $
  • €
  • ₽
  • ₺
  • £

“Bu hadisə media nümayəndələrinə qarşı açıq terror aktıdır”

“Bu hadisə media nümayəndələrinə qarşı açıq terror aktıdır”
04.06.2021 18:49
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu bu gün xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan "Azərtac"ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif  Əliyevin həlak olması, 4 nəfərin isə yaralanması ilə bağlı bəyanat yayıb.

"Qafqazinfo” xəbər verir ki, Bəyanatda deyilir:

"Baş verən bu hadisə Ermənistanın vaxtilə işğal altında saxladıqları ərazilərimizə basdırılan minaların xəritələrinin açıqlanmasından imtina etmələrinin, bununla yanaşı Ermənistan ordusunun həmin əraziləri tərk edərkən mülki ərazilərə işarələnməmiş minaları basdırmasının, son günlərə qədər kəşfiyyat qrupları vasitəsilə yeni minaların basdırılmasına cəhd etməsinin nəticələrindən biridir. Bu onu göstərir ki, Ermənistan tərəfi daha çox insan tələfatına yol açmaqda və regionda yeni münaqişə ocaqlarının yaradılmasında maraqlıdır.

Ermənistan beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, xüsusilə 1949-cu il tarixli Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozmağa davam edir, minaladığı ərazilərimizin xəritəsini verməməklə hərbi cinayət əməlləri törədir. Bu hadisə peşə fəaliyyətini həyata keçirən media nümayəndələrinə edilən açıq terror aktıdır.

Tərkibində 743 təşkilatı birləşdirən Azərbaycan Milli QHT Forumu, Ermənistanın bu vandalizmini pisləyir, beynəlxalq təşkilatlara, media təsisatlarına, jurnalist hüquqlarını müdafiə edən qurumlara müraciət edərək, onları Ermənistanın bu hərbi cinayət əməllərinə qəti şəkildə etiraz etməyə, minalanmış ərazilərin xəritəsini dərhal Azərbaycana təqdim edilməsini Ermənistandan tələb etməyə çağırır”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol