Ukraynalı deputatlar Kəlbəcərdə şəhid olan media işçiləri ilə bağlı çağırış ediblər

"Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropa İnsan Haqları Məhkəməsi minalanmış ərazilərin xəritələrinin verilməsi üçün Ermənistana təsir göstərməlidir”.
Bunu "Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ali Radanın Xalqın Xidmətçisi Partiyasından olan deputatı Lyudmila Marçenko Kəlbəcərdə Azərbaycanın media işçilərinin minaya düşərək vəfat etməsini şərh edərkən deyib.
"Bizim bildiyimiz qədərilə, minalanmış ərazilərin xəritələri mövcuddur, çünki onları tələsmədən, təxminən 30 il ərzində quraşdırıblar. Bu xəritələrin verilməməsi 10 noyabrdakı razılaşmalara ziddir”, - L.Marçenko bildirib.
Onun fikrincə, beynəlxalq ictimaiyyət Ermənistandan minalanmış ərazilərin xəritəsini verməsini, öhdəliklərini yerinə yetirməsini və beynəlxalq hüquqa riayət etməsini tələb etməlidir.
www.anews.az
























