• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni əsgərdən ŞOK ETİRAF: Xeyli qoşun yığıblar, geri çəkildik

Erməni əsgərdən ŞOK ETİRAF: Xeyli qoşun yığıblar, geri çəkildik
04.06.2021 20:16
Ermənistan ordusunun sıralarına könüllü olaraq qatılmış Basarkeçer (ermənilər "Vardenis” adlandırır – red.) rayon sakini Siyak Xaçatryan 168.am nəşrinə erməni hərbiçilərin Azərbaycanla sərhəddə davranışına dair sensasion detallar danışıb.

Anews.az xəbər verir ki, Xaçatryan erməni hərbçılərin sərhəddə tez-tez Azərbaycan əsgərlərinə qarşı təxribatlara əl atdığını etiraf edib.
"Onlar (Azərbaycan əsgərləri nəzərdə tutulur – red.) hazırda yolun ətrafının infrastrukturu ilə məşğuldurlar. Bizlərlə işləri yoxdur. Biz isə boş oturmuruq. Amma nə vaxt onlara mane olmaq istəsək, azərbaycanlı hərbçilərin sayı birdən-birə artır və biz tez bir zamanda geri çəkilməyə məcbur oluruq.

Məsələn, son insident zamanı (40 erməni əsgərinin Azərbaycan sərhədlərinə daxil olma cəhdi - red.) biz düşünürdük ki, 25-30 arası azərbaycan əsgərinə qarşı gedəcəyik, amma birdən-dirə onların sayı 150-yə çatdı. Onlar bir neçə saniyə ərzində çoxaldılar. Biz anladıq ki, dağın o tayında xeyli sayda qoşun yığılıb”, - deyə Xaçatryan bildirib.
O, həmçinin deyib ki, azərbaycan tərəfi hazırda dəhlizdəki işlərinə diqqət yetirir.

"Onlar tərəfindən hər hansı təxribat müşahidə edilmir”, - deyə erməni hərbçi qeyd edib.

Xatırladaq ki, iyunun 1-i saat 20.00 radələrində Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə daxil olub və 40 dərəcə 04 dəqiqə 30 saniyə şimal enliyi, 45 dərəcə 54 dəqiqə 42 saniyə şərq uzunluğu (N 40°04′30″; E 45°54′42″) coğrafi koordinatlarında mövqe tutublar. Azərbaycan Ordusunun dərhal həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələri ölkəmizin ərazisindən çıxarılıb. / axar.az

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol