"Siemens”in şirkətlərindən biri Azərbaycan bazarını tərk edir

Almaniyanın texnologiya nəhəngi - "Siemens" şirkətinə məxsus "Siemens Aktienqezelşaft" SC-nin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.
Anews.az bu barədə İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, 62 ("Marine Plaza" iş mərkəzi) ünvanına bildirə bilərlər.
www.anews.az
Son xəbərlər 
Daha çox 























