• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda sürücü icra başçısının mülklərini satıb qaçdı - İDDİA

Azərbaycanda sürücü icra başçısının mülklərini satıb qaçdı - İDDİA
08.06.2021 13:45
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çox çətin duruma düşüb. Məlumatlı mənbələr iddia edirlər ki, onun illərlə topladığı, sürücüsü Mahirin və onun yaxınlarının adına rəsmiləşdirdiyi əmlaklar əlindən çıxıb.

Sürücüsü Süleyman Mikayılovdan xəbərsiz özünün və yaxınlarının adına olan, dəyəri bir neçə milyonla ölçülən əmlakları müxtəlif şəxslərə satıb. Bir neçə gün əvvəl isə koronavirus infeksiyasına yoluxma adı ilə işə çıxmayıb. Süleyman Mikayılov nə baş verdiyindən xəbər tutanda isə sürücü artıq ölkədə olmayıb.

İddiaya görə, hazırda Süleyman Mikayılov çox çətin durumdadır.

Sürücünün rəsmi axtarışa verilməsi onun özünün karyerasını sual altına qoyacağını bilir. Anlayır ki, Mahir əli qandallı, rəsmi olaraq tutulub ölkəyə gətirilərsə və istintaqa cəlb olunarsa, dəyəri 10 milyonlarla ölçülən varidatı da rəsmi olaraq, etiraf etməlidir. Azərbaycanda vəzifədə olan və korrupsiya bataqlığında çabalayan hər bir məmur üçün bundan "qorxulu yuxu" yoxdur.

Süleyman Mikayılov mal varlığının bu şəkildə və istintaq vasitəsi ilə rəsmiləşməsinin yolunu həbsdəki icra başçılarının kameralarından sala biləcəyinin fərqindədir. Odur ki, sürücünü qeyri-rəsmi yollarla axtarılaraq tapılmasına nail olmağa çalışır. Amma bu da bir nəticə verməyib.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Mövzuya qayıdacağıq. (musavat.com)


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol