Bakının mərkəzi küçələrində qadın qətlləri ilə bağlı aksiya keçirilib- FOTOLAR
![Bakının mərkəzi küçələrində qadın qətlləri ilə bağlı aksiya keçirilib- FOTOLAR Bakının mərkəzi küçələrində qadın qətlləri ilə bağlı aksiya keçirilib- FOTOLAR](https://anews.az/photo/850x500/2021-08/1629984951_adsiz-tasarim-20.png)
Qadın qətllərinə diqqət çəkmək üçün Bakının Nizami küçəsindən başlayaraq Elmlər Akademiyası metosunadək 500-dən çox stiker yapışdırdıq, bunu NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvlərindən biri anews.az-a deyib.
"Bizim bu aksiyanı keçirməkdə məqsədimiz odur ki,Azərbaycanda qadın qətlləri,İstanbul konvensiyasının qəbul edilməməsi, qadınlara qarşı şiddət ən böyük problemlərdəndir".
O söyləyib ki, aksiyada sırf stikerlərdən istifadə olunması NİDA-nın keçmiş təcrübəsinin də ciddi rolu oldu. İctimai fəalın sözlərinə görə, 2011-ci ildə NİDA stiker aksiyası ilə yadda qalıb və bu aksiya ilə ənənəni davam etdiriblər.
NİDA Vətəndaş Hərəkatı — Bakıda bir qrup gənc tərəfindən 2011-ci ilin fevralında qurulmuş vətəndaş hərəkatıdır. Hazırda təşkilat 100-ə yaxın gənci öz ətrafında birləşdirir.
Azərbaycan Respublikasının Baş Prokurorluğundan verilən məlumata görə, 2021-ci ilin I yarımili ərzində 33 qadın baş vermiş qəsdən adam öldürmə cinayətlərinin qurbanı olub.
Samirə Əli
![](https://anews.az/file/articles/2021-08/1629985040_adsiz-tasarim-17.png)
![](https://anews.az/file/articles/2021-08/1629984951_adsiz-tasarim-20.png)
![](https://anews.az/file/articles/2021-08/1629985052_adsiz-tasarim-16.png)
![](https://anews.az/file/articles/2021-08/1629985029_adsiz-tasarim-15.png)
![](https://anews.az/file/articles/2021-08/1629985052_adsiz-tasarim-18.png)
![](https://anews.az/file/articles/2021-08/1629985062_adsiz-tasarim-19.png)
www.anews.az