“Dedim, “Əmək” ordenini o kişiyə verəcəyəm” - Video
![“Dedim, “Əmək” ordenini o kişiyə verəcəyəm” - Video “Dedim, “Əmək” ordenini o kişiyə verəcəyəm” - Video](https://anews.az/photo/850x500/2021-10/1633447801_16334210174872346602_1000x669.jpg)
Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Prezident xatırladıb ki, O.Həziyev "Əmək” ordeni verdiyi ilk şəxsdir.
"Siz 2017-ci ildə Cocuq Mərcanlıya gələndə bizim ailənin qonağı oldunuz və dediniz ki, Qarabağ torpağı qarışına qədər azad olunacaq. Biz Sizin sayənizdə bunun bariz nümunəsini gördük.
Sizin rəhbərliyinizlə yaradılmış yenilməz Azərbaycan Ordusu və Sizin dəmir yumruğunuz, Sizin qətiyyətiniz sayəsində torpaqlarımız işğaldan azad olundu.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Qazilərimizə şəfa diləyirik ki, onlar tez bir zamanda sağalıb həyata qayıtsınlar.
Noyabrın 10-da mənim Şuşa şəhərində yaşamağımın bir ili tamam olacaq. Orada və Qarabağın bütün ərazisində böyük, möhtəşəm, bənzəri olmayan quruculuq işləri gedir. Bu, Sizin sayənizdədir. Yəni, müharibədən çıxmış bir ölkənin bu qədər genişmiqyaslı quruculuq işləri aparması dünya tarixində görünməyib.
Allah Sizin canınızı sağ eləsin. Ailənizlə, balalarınızla xoşbəxt yaşayasınız. Allah-Təala Sizi həmişə zirvədə saxlasın, Azərbaycan xalqının başı üzərində Ali Baş Komandan kimi, sərkərdə kimi qalasınız”, – görüşdə çıxış edən O.Həziyev bildirib.
Biz Cocuq Mərcanlının ətrafını təmizləyəndən sonra mən Əli müəllimdən soruşanda, dedi ki, belə bir ailə var, orada yaşayır, heç yerə getməyib. Hətta orada böyük təsərrüfatla məşğuldur və ordumuza da kömək göstərir, ərzaq göndərir.
Öz əlinin zəhməti ilə əldə etdiyi imkanları ordu ilə bölüşür. Dedim, gör nə qədər böyük bir şəxsiyyətdir. Cocuq Mərcanlıya gələndə o vaxt mən "Əmək” ordenini təzə təsis etmişdim və onu heç kimə vermirdim.
Halbuki namizədlər var idi, dedim ki, yox, mən onu o kişiyə verəcəyəm. Mən birinci ordeni o kişiyə verdim və evində də təqdim etdim, qucaqladım, öpdüm. Doğrudan da Azərbaycan Oqtay kimi insanların üstündə dayanır. Sağ ol, Oqtay, sağ ol”, - dövlət başçısı qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)