Balakənin mərkəzində ayı balası gəzintiyə çıxdı - VİDEO
![Balakənin mərkəzində ayı balası gəzintiyə çıxdı - VİDEO Balakənin mərkəzində ayı balası gəzintiyə çıxdı - VİDEO](https://anews.az/photo/850x500/2021-10/1633677708_1633677298.ayi_081021_1.jpg)
Balakən rayonunun mərkəzində peyda olan ayı yerli sakinləri qorxuya salıb.
Sakinlərdən biri, avtomobil yolunda qaçan qonur ayının videogörüntülərini çəkib.
Belə ki, ayı balası təqribən 150-200 metr qaçdıqdan sonra gözdən itib.
Həmin görüntülərə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova da münasibət bildirib.
Xidmət rəsmisinin məlumatına görə, bu, qeyri-adi bir hadisə deyil, vəhşi heyvanların şəhər və qəsəbələrdə görünməsi dünyanın bir çox yerində müşahidə olunur:
"Qeyd edim ki, videodakı heyvanlar bala ayılardır. Ehtimal olunur ki, balalar kəndə yaxın meşəlik ərazidən yollarını azaraq kəndə daxil olublar. Hazırda meyvənin bol olduğu bir mövsüm olduğu üçün və ayılar da meyvələrlə qidalandığına görə, qida axtarışında olduqları güman edilir. Belə olan halda bu heyvanlara hər hansı bir müdaxilə etmək, onları təqib etmək olmaz. Çünki bu zaman heyvanlar aqressivləşə və stresə düşə bilər. Müdaxilə olunmadığı halda isə onlar ərazini sakit şəkildə tərk edəcəklər. Bu baxımdan insanlardan xahiş edirik ki, vəhşi heyvanların olduğu əraziyə yaxınlaşmasınlar, daha duyarlı və həssas davransınlar”, - deyə Arzu Səmədova əlavə etdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)