• $
  • €
  • ₽
  • ₺
  • £

Cavanşir Feyziyev istefa verib

Cavanşir Feyziyev istefa verib
07.02.2022 12:45
Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyündən istefa verib.

O, bununla bağlı Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət ünvanlayıb.

O qeyd edib ki, bir neçə gün öncə "Facebook" səhifəsində yazdığı statusla hər hansı ziddiyyət yaratmaq məqsədi güdmədiyini bildirib: "Sadəcə barəmdə gedən mənfi yüklü materialların şəxsimə təsirini əyani şəkildə hiss etdirmək istəmişəm. Razıyam ki, emosional şəraitdə yazdığım statusun mətni kifayət qədər sərt olub və bu barədə də əlavə status yazaraq bunda özümü haqlı hesab etmədiyimi bildirmişəm. Vəziyyətin belə bir şəkil alması, həmçinin işimin çoxluğu mənim Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyümdən istefa verməyimi zəruri edir və mən sizdən istefamın qəbul olunmasını xahiş edirəm. Azərbaycan Mətbuat Şurasına ölkədə medianın inkişafı naminə fəaliyyətində böyük uğurlar arzulayıram", - deyə o bildirib.

Deputat Cavanşir Feyziyev və ailəsinə məxsus 5 milyon funt-sterlinq  London məhkəməsi tərəfindən müsadirə olunub. Yerli mətbuat və sosial şəbəkələrdə müsadirə barədə qərarının bu vəsaitin deputat tərəfindən qeyri qanuni yolla əldə edildiyi ilə bağlı olduğu bildirilir.  Deputat məsələ ilə bağlı müsahibəsində müsadirə faktını  təsdiqləsə də,   vəsaiti qanuni yolla  qazandığını söyləyib.
 
Onun sözlərinə görə,  London məhkəməsinin qərarı ilə ailə üzvlərimin bank hesablarında olan 15 milyon funt-sterlinqin 10 milyonu sərbəst buraxılıb. Qalan 5 milyon məbləğ isə  Beynəlxalq Bank vasitəsilə köçürüldüyündən və bu bankın adının vaxtı ilə qeyri qanuni əməliyyatlarla əlaqəli hallandığından  müsadirə olunub.  Feyziyev həmçinin barəsində sosial şəbəkədə məlumat yayan bir qism Azərbaycan siyasətçisi və jurnalisti təhqir edərək onları özünə qarşı qərəzlilikdə suçlayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol