• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərsu" Qarabağla bağlı builki planlarını açıqlayıb

"Azərsu" Qarabağla bağlı builki planlarını açıqlayıb
07.02.2022 12:59
2022-ci ildə "Azərsu" ASC Şuşanın su təchizatı sistemlərinin yenidən qurulması layihəsinin birinci mərhələsi üzrə işləri davam etdirəcək, Ağdam və 33 kəndin, Füzuli və 18 kəndin, Cəbrayıl və 24 kəndin, Zəngilan və 21 kənd və qəsəbənin, Qubadlı və 23 kəndin içməli su su təminatı məqsədi ilə su mənbələrində hidrogeoloji və hidroloji tədqiqat, su təchizatı və tullantı su şəbəkə və qurğularının layihələndirilməsi işləri aparacaq.
Bu barədə  qurumdan bildirilib.

"Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun işğal olunmuş torpaqları düşmən tapdağından azad etməsindən sonra genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. Ötən müddətdə ölkə üzrə içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin yaxşılaşdırılması istiqamətində layihələrin icrası uğurla həyata keçirilib.

2021-ci ildə Şuşa şəhəri, Hadrut qəzəbəsi, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında, həmçinin Talış və Suqovuşan qəsəbələrində içməli su təchizatının bərpası məqsədilə təxirəsalınmaz işlər görülüb, eyni zamanda həmin ərazilərdə fasiləsiz xidmət təşkil olunub. Ümumilikdə işğaldan azad olunmuş ərazilərdə 54 km içməli su xətləri çəkilib, 1 ədəd subartezian quyusu qazılıb və 2 ədəd subartezian quyusu əsaslı təmir olunub. Bununla da 350-dən çox obyekt içməli su ilə təmin edilib.

Şuşa, Ağdam, Füzuli və Cəbrayıl şəhərlərinin içməli su təchizatı, tullantı, yağış sularının idarə olunması sistemlərinin yaradılmasının texniki iqtisadi əsaslandırılması və layihə sənədlərinin hazırlanması məqsədi ilə işçi qruplar yaradılıb. İşçi qrupuna müvafiq dövlət təşkilatlarının və "Azərsu”yun mütəxəssisləri cəlb olunub. Hazırda işçi qruplar ilkin layihə sənədlərini hazırlanması üzərində iş aparır", - deyə səhmdar cəmiyyəti bəyan edib.(report.az)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol