• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərişıq" Prezidentin səfərini bəhanə edib kəndin elektrik xətlərini söküb

"Azərişıq" Prezidentin səfərini bəhanə edib kəndin elektrik xətlərini söküb
07.02.2022 15:12
"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) Tərtər rayonu İsmayılbəyli kənd sakinlərinin öz vəsaitləri hesabına quraşdırdıqları elektrik dirəkləri və elektrik xəttini söküb. Səbəb isə həmin elektrik xətti və dirəklərin  səliqəsiz görünməsidir. O vaxtdan bu yana sakinlər fasiləsiz işığa həsrət qalıblar, bunu anews.az-a İsmayılbəyli kənd sakinləri bildirib.
 
"Təxminən 2000-ci ildə öz hesabımıza "İsmayılbəyli" yarımstansiyasından elektrik xətti çəkdirdik. 2017-ci ildə ölkə prezindentinin kəndə səfərindən qabaq "Azərişıq" əməkdaşları gələrək həmin işıq xətləri və dirəkləri  sökdülər və bildirdilər ki, səbəb onların səliqəsiz görünməsidir, prezident getdikdən sonra xətlər və dirəklər yenidən bərpa olunacaq. Biz də bununla razılaşdıq. Amma Prezident gəlib getdi xətlər isə bərpa edilmədi. İndi kəndimizə işıq xəttləri 20 km uzunluqdan olan Evoğlu kəndinin xəttlərinə qoşulub.Həmin kəndə gedən xəttlərdə problem olduğu üçün bizim kəndin 1600 nəfər sakini saatlarla işıqsız qalmağa məcbur olur. Beş ildir döymədiyimiz qapı qalmayıb. müraciətimizə baxan yoxdur", - deyə kənd sakinləri narazılıq edir. 
 
Məsələ ilə bağlı biz də "Azərişıq" ASC ilə əlaqə saxlamağa çalışdıq, amma telefonlarımıza cavab verən olmadı. 
 
Ümid edirik ki, kənd sakinlərinin işıq problemi tezliklə nəzarətə götürüləcək və İsmayılbəyli kəndi fasiləsiz işıqla təmin olunacaqdır. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol