• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” illik göstəricilərini açıqladı

“Nar” illik göstəricilərini açıqladı
30.03.2022 11:22
Fəaliyyətə başlamasının 15-ci ilini qeyd edən "Nar” 2021-ci il ərzində rabitə bazarında əldə etdiyi göstəriciləri açıqladı. Abunəçilərinə xərc qarşılığında dəyər təqdim edən mobil operator 2021-ci ilin nəticələrinə əsasən 2,2 milyon aktiv abunəçi bazası ilə yerli rabitə bazarında 23%-lik pay sahibidir.


Müştəri məmnuniyyətinin öyrənilməsi məqsədi ilə keçirilən müstəqil sorğunun nəticəsinə görə, "Nar” 3 ildir ki, Müştəri Loyallığı İndeksinə görə ölkənin lider mobil operatorudur. 2021-ci ildə "Nar” xidmət mərkəzlərini ziyarət edənlərin 93%-i göstərilən xidmətdən razı qalıb. Çağrı mərkəzi və rəqəmsal kanallar isə çətinlikləri saniyələr ərzində həll etməsi ilə fərqlənib. Bundan başqa, abunəçinin xərclərin şəffaflığını və müxtəlif xidmət əməliyyatlarını asanlaşdıran "Nar+” tətbiqinin istifadəçiləri 2021-ci ildə 80% artıb.


Müştərilərinin tələblərini və rəyləri əsasında bazara təqdim edilən "Full” və "Cavannar” tarifləri "Nar”ın ən çox istifadə edilən məhsulları sırasındadır. 2021-ci ildə "Full” abunəçilərinin sayı 20%, "Cavannar” abunəçilərinin sayı isə 50% artıb.
 
Müştərilərinin "Nar” mağazasında özlərini daha komfortlu hiss etmələri və göstərilən xidmət keyfiyyətini üstün saxlamaq məqsədilə "Nar” öz mağazalarını yeni konsepsiya ilə dizayn edir. Bu günədək 3 xidmət mərkəzi və 41 mağaza tam yenilənib və ziyarətçilərinə xidmət göstərir.


Ölkə əhalisinin 94%-ni əhatə edən "Nar” 4G şəbəkəsindən hazırda 1,4 milyon "Nar” abunəçisi istifadə edir və bu say ölkədə ən yüksək göstəricilərdən biridir. "Nar” işğaldan azad edilmiş ərazilərdə də sürətlə şəbəkə infrastrukturunu yaradılmasına davam edir. Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Xocavənd (Hadrut), Şuşa, Tərtər, Zəngilan rayonlarında "Nar” xidmətlərindən istifadə etmək mümkündür. Hazırda Nar 8000-dən çox baza stansiyası ilə əhalinin 99%-nə yüksəkkeyfiyyətli xidmət göstərməkdədir. 


"Nar” özünün korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ölkənin mühüm sosial layihələrində aktiv iştirak etməyə davam etməkdədir. 2021-ci ildə korporativ sosial məsuliyyət strategiyası çərçivəsində 24 layihə həyata keçirən mobil operator layihələrinin davamlı olmağı ilə seçilir. "Nar” son 5 ildə sosial layihələrə 4,3 milyon AZN sərf edib. 

Mobil rabitə bazarındakı üstünlüyü saxlamaq üçün 2022-ci ildə "Nar” , müştəri yönümlü strategiyasını davam etdirməyi, yeni konsepsiyalı daha 27 mağazanı abunəçilərin xidmətinə təqdim etməyi, azad edilmiş ərazilərdəki şəbəkə infrastrukturunu daha da genişləndirməyi və həyata keçirilən sosial layihələrə investisiya yatırımlarını davam etdirməyi planlaşdırır.


"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.







www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol