• $
  • €
  • ₽
  • ₺
  • £

Obyekt və yaşayış evlərinin köçürülməsinə 20 milyon manat xərclənib

Obyekt və yaşayış evlərinin köçürülməsinə 20 milyon manat xərclənib
27.04.2014 16:27

“Bakının Ziya Bünyadov prospektindəki obyekt və yaşayış evlərinin köçürülməsinə 20 milyon manat vəsait xərclənib.

Bu vəsaitin təxminən 20 faizi Prezidentin Ehtiyat Fondundan ayrılıb”. Bunu "Azəryolservis" ASC-nin sədr müavini Vaqif Hacıyev APA TV-nin "Sosium" verilişində deyib.

Onun sözlərinə görə, ərazidə kompensasiyası ödənilməyən obyekt və ya yaşayış evi qalmayıb: "Prospekt boyu 250-dən artıq yaşayış evi  və qeyri-yaşayış obyekti  köçürülüb. Yolun gec təhvil verilməsinə səbəb həm köçürülmə, həm də yetərincə böyük olan prospektdən qarmaqarışıq kommunikasiya xətlərinin keçməsidir. Təsəvvür edin ki, həmin yolda 110 min kilovatlıq işıq xətti dəyişdirilib, kilometrlərlə kanalizasiya xəttinin yeri dəyişdirilib və yenidən çəkilib ki, bu xətlərin təmirinə azı 50 il ehtiyac olmayacaq".

 

Ziya Bünyadov prospektinin bu ilin avqust ayına kimi təhvil veriləcəyini deyən V. Hacıyev bu yolun Bakının ən böyük yolu olacağını bildirib: "Ziya Bünyadov prospekti şəhərin ən çox yüklənmiş prospektlərindəndir. Uzunluğu 9 kilometrdir, prospekt ümumilikdə 10 zolaqlı olacaq, 6 zolaq sürətli, 4 zolaq isə köməkçi yollar olacaq. İşlərin demək olar ki, 90 faizi görülüb, 2-3 aya bütün işlər tam yekunlaşacaq. Burda bir yeni körpünün tikilməsi, ikinci körpünün bərpası, 4 yeni qovşağın inşası nəzərdə tutulub".

 

"Azəryolservis" ASC-nın rəsmisi yollarda təmir-tikinti işlərinin günün intensiv vaxtında aparılmasına da münasibət bildirərək deyib ki, tikinti işləri  əsasən gecələr aparılır: “ İldə 4 fəsil var və bu fəsillərin hər birində yol çəkilişinin mümkün olmadığı günlər var. Bu səbəbdən də qurum çalışır ki, fürsət olan kimi tikinti işlərini davam etdirsin. Ona görə də vətəndaşlar bunu nəzərə almalıdır".

APA

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol