• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 17 nəfər təxliyə edilib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 17 nəfər təxliyə edilib
21.05.2023 16:00
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 17 nəfər təxliyə edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

"112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yaşayış binasındakı elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Həmçinin, tüstü dolmuş binadan sakinlərin təxliyəsi həyata keçirilib.

Yanğın nəticəsində doqquzmərtəbəli binanın pilləkən qəfəsinin 2-ci mərtəbəsində divara quraşdırılmış elektrik lövhəsi və 4p.m. giriş-çıxış kabeli yanıb.

Hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən 5-i azyaşlı olmaqla 17 nəfər bina sakini təxliyə edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol