• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllimlər gələn ilin iyununda sertifikasiya olunacaq

Müəllimlər gələn ilin  iyununda sertifikasiya olunacaq
30.11.2023 16:50
2024-cü ildə Azərbaycan orta ümumtəhsil məktəblərində çalışan  31 müəllim  iyunun son həftəsi sertfikasiya cəlb olunacaq. Bu barədə Elm və təhsil naziri Emin Əmrullayev məlumat verib. 
 
Onun sözlərinə görə sertifikasiyaya cəlb olunacaq müəllimləri  11290 nəfəri riyaziyyat, 12 035 nəfəri ingilis, 5868 nəfəri rus, 268 nəfəri alman və 322 nəfəri fransız dili müəllimləridir. 
 
Müəllimlərin sertifikasiyası onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçirilir. 
 
Müəllimlərin sertifikatlaşdırılması prosesi iki mərhələdən - test və müsahibə mərhələlərindən ibarətdir.

Aşağıdakı kateqoriyaya aid müəllimlər sertifikatlaşdırılmır. 

1. hamilə qadınlar; 
2. uşağının 3 (üç) yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
3. ilk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində;
4. azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsi ilə müəyyən edilmiş çalışmanın yaş həddinə çatmamış təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı nəzərdə tutulur.

Sertifikatlaşdırmanın test mərhələsində imtahan iştirakçılarına 60 (altmış) sual təqdim olunur. Sertifikatlaşdırmanın test mərhələsi iştirakçılarına 120 (yüz iyirmi) dəqiqə vaxt ayrılır. Test mərhələsində hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur

Səhv cavablandırılmış suallar düzgün cavablara təsir göstərmir. Test mərhələsində I dərəcə gözdən əlilliyi olan təhsilverənlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün test mərhələsinin davametmə müddəti 60 (altmış) dəqiqə artırılır. Sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal, interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri) aid suallar təqdim edilir. Sertifikatlaşdırmanın test mərhələsində azı 30 (otuz) bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində isə hər bir təhsilverənə 20 (iyirmi) dəqiqə vaxt ayrılır.
Müsahibədə iştirak edən şəxslər aşağıdakı meyarlar əsasında qiymətləndirilirlər:

1. proqram üzrə mövzunu təqdimetmə bacarığı;
2. təhsilalanları qiymətləndirmə bacarığı;
3. özünü təqdimetmə bacarığı;
4. pedaqoji prosesi təşkiletmə bacarığı;
5. ünsiyyət bacarığı.

Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 (iyirmi) bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər. Hər bir meyar 4 (dörd) ballıq şkala əsasında qiymətləndirilməklə maksimum bal 40 (qırx) bal olaraq müəyyənləşdirilmişdir.

Sertifikatlaşdırmanın test mərhələsində azı 30 (otuz) bal toplamış, müsahibə mərhələsində isə azı 20 (iyirmi) bal toplamış təhsilverənlər sertifikatlaşdırmadan keçmiş hesab olunur. Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin gələcək karyera inkişafında və stimullaşdırılma tədbirlərində nəzərə alınacaq. Sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar.
Üzrlü səbəbdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

 
Gülnar Nazimqızı

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol