• $ 1.7
  • € 1.9615
  • ₽ 0.021291
  • ₺ 0.0401
  • £ 2.2254

Qarabağda yeni açılan iş yerlərinin sayı açıqlanıb

Qarabağda yeni açılan iş yerlərinin sayı açıqlanıb
06.12.2023 13:02
2023-cü ilin doqquz ayında Qarabağ İqtisadi Rayonunda 742 yeni iş yeri yaradılıb, ötən ilin eyni dövründə isə bu rəqəm 663 yeni iş yeri olub.  Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
 
Bu da illik müqayisədə 79 yeni iş yeri (11,9%) çoxdur. 

Hesabat dövründə iş yerlərinin 105-i Ağcabədidə, 64-ü Ağdamda, 63-ü Bərdədə, 34-ü Füzulidə, 5-i Xocalıda, 46-sı Xocavənddə, 262-si Şuşada, 163-ü Tərtərdə yaradılıb.

2023-cü ilin iyunun sonuna Qarabağ iqtisadi rayonunda orta əməkhaqqı 594,5 manat, Şərqi Zəngəzur iqtisadi rayonunda 645,1 manat təşkil edib.

2022-ci ildə Qarabağ iqtisadi rayonunda 905, Şərqi Zəngəzurda 223 yeni iş yeri yaradılıb. 
 
Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yeni­dənqurma işləri üçün dövlət büdcəsin­dən 2021-ci ildə 2,2 milyard, 2022-ci ildə 2,7 milyard manat vəsait ayrılıb. Bu ilin büdcəsində isə işğaldan azad olunmuş ərazilərin bərpası üçün daha 5 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulub. Artıq həmin vəsaitin 60 faizi is­tifadə olunub. Bütövlükdə isə, nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək bərpa-qu­ruculuq işlərinə, təqribən, 12 milyard ma­nata qədər vəsaitin xərclənməsi təmin ediləcək. 
 
Dövlət Statistika Komitəsinin məlu­matına görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə ötən ilin payızında 2023-cü ilin məhsulu üçün 210 min 478 hektar sahədə dən və yaşıl yem əkilib. Cari ilin yanvar-iyulunda  adıçəkilən iqtisadi rayonlarının fermer və fərdi təsər­rüfatları tərəfindən, ümumilikdə, 105 min hektardan artıq sahədə məhsul yığımı həyata keçirilib. Həmin sahələrdən isə 401 min tondan artıq dənli bitkilər yığılıb. Bununla yanaşı, bu ilin 7 ayında  Qa­rabağ və Şərqi Zəngəzur iqtisadi rayonla­rının təsərrüfatlarında 1043 ton dən üçün günəbaxan, 16 min 515 ton kartof, 165 min 816 ton tərəvəz, 51 min ton bostan məhsulları, eləcə də 21,3 min ton meyvə və giləmeyvə tədarük edilib. 

Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 21:22
Bu ərazilərdə qaz olmayacaq
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
Cəmiyyət 19:53
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
Yasamalda 3 nəfərin öldüyü yanğınla bağlı saxlanılan klinika direktoru həbs edilib
Cəmiyyət 18:59
Yasamalda 3 nəfərin öldüyü yanğınla bağlı saxlanılan klinika direktoru həbs edilib
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında
Cəmiyyət 18:42
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında
Naftalanda sanatoriyada meyit tapılıb
Cəmiyyət 18:07
Naftalanda sanatoriyada meyit tapılıb
Nazir İtaliyaya rəsmi səfərə gedib
Cəmiyyət 17:47
Nazir İtaliyaya rəsmi səfərə gedib
Kürdəmirdə canavarlar kəndə hücum etdi: bir ailənin 16 qoyunu tələf olub
Cəmiyyət 17:38
Kürdəmirdə canavarlar kəndə hücum etdi: bir ailənin 16 qoyunu tələf olub
Bakıda binada yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 17:16
Bakıda binada yanğın söndürülüb - Yenilənib
Moskva istiqamətində uçan 9 PUA vurulub
Cəmiyyət 17:01
Moskva istiqamətində uçan 9 PUA vurulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol