• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qış turizm mövsümünə start verilib

Azərbaycanda qış turizm mövsümünə start verilib
16.12.2023 14:56
Dekabrın 16-17-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda qış turizmi mövsümünün açılışı və turizm imkanlarının tanıdılması məqsədilə kütləvi informasiya vasitələri nümayəndələri üçün "Şahdağ” Turizm Mərkəzinə iki günlük mediatur təşkil edilib.

Mediaturun məqsədi Azərbaycanda qış turizminin təşviqi, turizm məhsullarının tanıdılması, bu sahəyə marağın artırılması, eləcə də "Şahdağ” Turizm Mərkəzinin qış mövsümünə hazırlıq imkanları, həyata keçirilən işlər və yeniliklər haqqında ictimaiyyəti məlumatlandırmaqdır. Tədbir çərçivəsində media nümayəndələrinə "Şahdağ” Turizm Mərkəzinin 2023-cü il üzrə fəaliyyətinə dair video təqdimatı nümayiş olunub, kompleksdə həyata keçirilən yenidənqurma və infrastruktur işləri haqqında ətraflı məlumat verilib.
 
Tədbirdə çıxış edən "Şahdağ Turizm Mərkəzi” QSC-nin sədri Rüstəm Nəcəfov bu qış mövsümündən xizək həvəskarları üçün uzunluğu 1 800 metr olan və müxtəlif beynəlxalq xizək yarışlarının keçirilməsi üçün nəzərdə tutulan xüsusi yeni yamacın istifadə verildiyini, eyni zamanda kompleksdə fəaliyyət göstərən xizək yamaclarının daim qarla təmin olunması üçün qar generatorlarının sayının 449-dan 488-ə çatdırıldığını bildirib. O, həmçinin bu il "Şahdağ” Turizm Mərkəzinin qlobal turizm bazarlarına çıxış imkanlarının genişləndirilməsi və turist cəlbediciliyinin artırırılması məqsədi ilə Rusiya, Qazaxıstan və Özbəkistanın dağ kurortlarını özündə birləşdirən Avrasiya Dağ Kurortları Alyansına üzv seçildiyini və gələcəkdə bu əməkdaşlığın Azərbaycanın qış turizminin inkişafına müsbət təsir göstərəcəyini qeyd edib.

Tədbirdə media nümayəndələrinə 2024-cü ilin mart ayında Şahdağda ilk dəfə olaraq xizək alpinizmi üzrə Beynəlxalq Xizək Alpinizm Federasiyasının ("ISMF”) beynəlxalq seriya yarışının keçiriləcəyi haqqında məlumat verilib.

Təqdimat zamanı "Şahdağ” Turizm Mərkəzinin əsas hədəfinin yerli və əcnəbi ziyarətçilərin sayında müsbət dinamikaya nail olmaq, müştəri məmnunluğunu artırmaq, ölkədaxili və ölkəxarici tanıtım fəaliyyətlərini intensivləşdirmək, xüsusilə Şahdağı təkcə qış turizmi baxımından deyil, il boyu fəaliyyət göstərən turizm mərkəzi olaraq təbliğini genişləndirməkdən ibarət olduğu diqqətə çatdırılıb.

Mediaturda KİV nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb. İki günlük tədbir çərçivəsində KİV nümayəndələri hotellər, turizm mərkəzində qonaqlara təklif olunan müxtəlif əyləncələr ilə tanış olub, xizək vasitələri, kanat yolları, müxtəlif attraksionlar və qış əyləncələrindən istifadə ediblər.

Mediatur çərçivəsində, həmçinin qış mövsümünün açılışı ilə əlaqədar olaraq Rusiya, Belarus, Özbəkistan, Qazaxıstan və Serbiyadan, eləcə də bir sıra Yaxın Şərq ölkələrindən dəvət olunan 90-a yaxın turizm nümayəndəsi və blogerlər, həmçinin xarici tərəfdaş kurortların 12 üzvü iştirak edib.

2023-cü ilin yanvar ayından dekabr ayının 15-ə kimi "Şahdağ” Turizm Mərkəzində hotellerde gecələyənlərin sayı 67 821 nəfər, mərkəzə səfər edən qonaqların ümumi sayı isə 158.506 nəfər təşkil edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Cəmiyyət 23:00
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 22:32
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
6 marşrutun hərəkət sxemi dəyişir
Cəmiyyət 19:23
6 marşrutun hərəkət sxemi dəyişir
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
Cəmiyyət 18:18
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Cəmiyyət 18:07
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 17:12
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
"Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsində ittiham olunan şəxsə hökm oxunub
Cəmiyyət 16:51
"Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsində ittiham olunan şəxsə hökm oxunub
İstehlakçılara qaytarılan vəsait 315 min manata çatıb
Cəmiyyət 16:45
İstehlakçılara qaytarılan vəsait 315 min manata çatıb
Azərbaycanda bu il narkotiklə bağlı 60 əcnəbi saxlanılıb
Cəmiyyət 16:23
Azərbaycanda bu il narkotiklə bağlı 60 əcnəbi saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol