• $
  • £

Yol polisi dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib

Yol polisi dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib
08.02.2024 11:25
Sürücülər nəqliyyat vasitəsilərinin dövlət qeydiyyat nişanlarının üstünü süni şəkildə çirkləndirməyə çalışır. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
 
Məlumata görə, qanunvericiliyə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının aydın görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. 

Bildirilib ki, bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və inzibati məsuliyyət yaradır.

"Lakin, təəssüf ki bəzi sürücülər havaların yağışlı, çiskinli olmasını bəhanə gətirərək avtomobillərinin dövlət qeydiyyat nişanlarının təmizliyinə biganə yanaşır, hətta bilərəkdən nişanların üstünü süni şəkildə çirkləndirməyə çalışırlar ki, bu da qətiyyən yolverilməzdir. Dəyərli sürücülər! Unutmayaq ki, idarə etdiyimiz nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamaqla həm üzərimizə düşən vəzifəni yerinə yetirir, həm də ölkəmizdə sürücü intizamının yüksəlməsinə töhfə vermiş oluruq", - məlumatda qeyd olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Bərdədə xəstəxananın həyətində doğuş olub
Cəmiyyət 13:24
Bərdədə xəstəxananın həyətində doğuş olub
Məktəblərdə 504 413 şagird təhsil alacaq
Cəmiyyət 13:15
Məktəblərdə 504 413 şagird təhsil alacaq
Azad edilmiş ərazilərdə daha 132 mina, 426 PHS aşkarlanıb
Cəmiyyət 12:59
Azad edilmiş ərazilərdə daha 132 mina, 426 PHS aşkarlanıb

Bakı metrosunda qatarlararası intervallar azaldılır
Cəmiyyət 12:42
Bakı metrosunda qatarlararası intervallar azaldılır
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:24
Sabahın hava proqnozu açıqlanıb

Gürcüstan DTX-nın rəhbəri istefa verib
Cəmiyyət 12:10
Gürcüstan DTX-nın rəhbəri istefa verib

Bakıda 12 yaşlı uşaq pəncərədən yıxılaraq ölüb
Cəmiyyət 12:02
Bakıda 12 yaşlı uşaq pəncərədən yıxılaraq ölüb

Bu halda kranla görülən işlər dayandırılacaq
Cəmiyyət 11:46
Bu halda kranla görülən işlər dayandırılacaq

Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Cəmiyyət 11:24
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol