• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

"TikTok" ötən il Azərbaycanda iki milyondan çox video silib

01.04.2024 13:25
"TikTok"platforması 2023-cü ildə Azərbaycanda İcma Qaydalarını pozan 2 071 243 video silib. Bu barədə Report şirkətin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya Xidmətinə istinadən xəbər verib.

Bunların 903 min 041-i ötən ilin dördüncü rübündə silinib. Bu, 2023-cü ilin istənilən rübündə silinmiş videoların ən yüksək sayıdır. Silinmiş videoların ümumi sayının 98 %-i platforma tərəfindən proaktiv şəkildə silinib. Videoların 95,8 %-i yayımlandıqdan sonra ilk 24 saat ərzində silinib.

Dünya üzrə isə dördüncü rübdə 176 461 963 video İcma Qaydalarının pozulması səbəbindən silinib. Bu, rüb ərzində "TikTok" tərəfindən silinən ən yüksək video sayıdır.

Silinmiş videoların 96,7 %-i proaktiv şəkildə silinib. Proaktiv silinmə videonun xəbər verilməzdən əvvəl müəyyən edilməsi və silinməsi deməkdir.
 
Videoların 89,9 %-i yayımlandıqdan sonra 24 saat ərzində silinib. 8 012 732 canlı yayım isə qanun pozuntularına görə dayandırılıb.

Qeyd olunub ki, ötən il dünya üzrə 13 yaşdan kiçik 76 milyon 484 min 236 istifadəçi hesabı silinib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahdan rayonlara leysan yağacaq
Cəmiyyət 16:35
Sabahdan rayonlara leysan yağacaq
Azərbaycanda rusdilli məktəblərin bağlanacağı iddiası var
Cəmiyyət 16:14
Azərbaycanda rusdilli məktəblərin bağlanacağı iddiası var
DMX-dən müraciət: Bu şəxslər 31 iyula kimi ölkəni tərk etməlidir
Cəmiyyət 15:40
DMX-dən müraciət: Bu şəxslər 31 iyula kimi ölkəni tərk etməlidir
DİN-dən əməliyyat - Rusiya vətəndaşları saxlanılıb
Cəmiyyət 15:36
DİN-dən əməliyyat - Rusiya vətəndaşları saxlanılıb
60% müəllim imtahandan kəsilib - RƏSMİ
Cəmiyyət 15:06
60% müəllim imtahandan kəsilib - RƏSMİ
“Sputnik Azərbaycan” ofisində keçirilən əməliyyat zamanı 7 nəfər saxlanılıb, 2 nəfər həbs edilib – mənbə
Cəmiyyət 14:48
“Sputnik Azərbaycan” ofisində keçirilən əməliyyat zamanı 7 nəfər saxlanılıb, 2 nəfər həbs edilib – mənbə
Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanılıb
Cəmiyyət 12:57
Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanılıb
Sabah yağış gözlənilir - Hava proqnozu
Cəmiyyət 12:16
Sabah yağış gözlənilir - Hava proqnozu
Rusiya polisi tərəfindən saxlanılan azərbaycanlılar döyülərək öldürülüb – ekspertiza
Cəmiyyət 11:57
Rusiya polisi tərəfindən saxlanılan azərbaycanlılar döyülərək öldürülüb – ekspertiza
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol