• $ 1.7
  • € 1.9615
  • ₽ 0.021291
  • ₺ 0.0401
  • £ 2.2254

Cəlilabadda məktəb direktoruna cinayət işi açılıb

Cəlilabadda məktəb direktoruna cinayət işi açılıb
03.04.2024 18:05
Cəlilabad rayon Ocaqlı kənd 2 nömrəli tam orta məktəbin direktoru Azər Əsgərovun qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib.Bu barədə Cəlilabad Rayon Prokurorluğunun məlumat verilib.
 
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanaraq aidiyyəti üzrə Cəlilabad rayon prokurorluğuna göndərilmiş cinayət işinin istintaqı tamamlanıb.
 
Toplanmış sübutlarla Azər Əsgərovun direktor səlahiyyətlərini icra etdiyi dövrdə işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi və digər qanunsuz yollarla ümumilikdə 26 min manatdan çox dövlət əmlakı olan büdcə vəsaitini mənimsəmə və ya israf etmə yolu ilə talamasına əsaslı şübhələr müəyyən edilib.
 
Azər Əsgərova Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Cəlilabad rayon məhkəməsinə göndərilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 21:22
Bu ərazilərdə qaz olmayacaq
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
Cəmiyyət 19:53
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
Yasamalda 3 nəfərin öldüyü yanğınla bağlı saxlanılan klinika direktoru həbs edilib
Cəmiyyət 18:59
Yasamalda 3 nəfərin öldüyü yanğınla bağlı saxlanılan klinika direktoru həbs edilib
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında
Cəmiyyət 18:42
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında
Naftalanda sanatoriyada meyit tapılıb
Cəmiyyət 18:07
Naftalanda sanatoriyada meyit tapılıb
Nazir İtaliyaya rəsmi səfərə gedib
Cəmiyyət 17:47
Nazir İtaliyaya rəsmi səfərə gedib
Kürdəmirdə canavarlar kəndə hücum etdi: bir ailənin 16 qoyunu tələf olub
Cəmiyyət 17:38
Kürdəmirdə canavarlar kəndə hücum etdi: bir ailənin 16 qoyunu tələf olub
Bakıda binada yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 17:16
Bakıda binada yanğın söndürülüb - Yenilənib
Moskva istiqamətində uçan 9 PUA vurulub
Cəmiyyət 17:01
Moskva istiqamətində uçan 9 PUA vurulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol