• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Mayın 20-də lisey və gimnaziyalara ərizə qəbulu başlayacaq

Mayın 20-də lisey və gimnaziyalara ərizə qəbulu başlayacaq
15.05.2024 12:06
2024-2025-ci tədris ili üzrə Bakı və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçiriləcək.

Təhsil İnstitutundan verilən məlumata görə, sözügedən lisey və gimnaziyalara ərizə qəbulu mayın 20-də başlayacaq və 13 iyuna kimi davam edəcək. Bunun üçün valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində "Sorğu yerləşdir” bölməsinə daxil olaraq "Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir.

Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparmalıdırlar. İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən standart və qeyri standart suallar təqdim ediləcək.

Aşağıda mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı göstərilib. Qeyd olunan müəssisələr haqqında ətraflı məlumatı şagirdlərin elektron yerdəyişməsi portalında "Mərkəzi imtahanlı liseylər” bölməsindən əldə edə bilərsiniz.

Bakı şəhəri, S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyası;

Bakı şəhər, A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya;

Bakı şəhəri, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya;

Bakı şəhəri,Fizika, riyaziyyat və informatika təmayüllü lisey;

Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyi;

Şəki şəhəri, Kimya-biologiya təmayüllü lisey;

Şəmkir şəhər, Kimya-biologiya təmayüllü lisey;

Şirvan şəhər, Kimya-biologiya təmayüllü lisey;

Quba şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;

Gəncə şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;

Ağdaş şəhər, M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya;

Biləsuvar şəhər, texniki fənlər təmayüllü məktəb-lisey;

Şamaxı şəhər, texniki, humanitar və təbiət təmayüllü lisey;

Gəncə şəhər, xarici dillər təmayüllü gimnaziya;

Bakı şəhəri, akademik Zərifə Əliyeva adına lisey;

Bakı şəhəri, 16 nömrəli texniki-humanitar lisey;

Bakı şəhəri, 2 nömrəli texniki-humanitar lisey;

Bakı şəhəri, 147 nömrəli texniki-humanitar lisey;

Bakı şəhəri, Texniki humanitar lisey;

Bakı şəhəri, 291 nömrəli "Ekologiya” liseyi;

Bakı şəhəri, S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;

Ağstafa şəhər, Texniki-humanitar təmayüllü lisey;

Oğuz şəhər, E.Abdullayev adına 2 nömrəli tam orta məktəb;

Mingəçevir şəhəri, S.Vurğun adına 16 nömrəli tam orta məktəb;

Lənkəran şəhəri, S.Kazımbəyov adına 6 nömrəli məktəb-lisey;

Sumqayıt şəhər, ‘İstedad’ liseyi;

Sumqayıt şəhər, N.Gəncəvi adına texniki və təbiət elmləri liseyi;

Sumqayıt şəhər, "Təfəkkür” liseyi;

Sumqayıt şəhər, Təbiət elmləri təmayüllü gimnaziya;

Qobustan şəhər, 2 nömrəli tam orta məktəb;

Masallı şəhər, ‘Dəfinə’ məktəb-liseyi;

Beyləqan şəhər, Humanitar fənnlər təmayüllü lisey;

Naxçıvan, Qızlar liseyi;

Şərur şəhər, Fizika riyaziyyat təmayüllü lisey.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ali Məhkəmə müflis bankla bağlı ödəmə tapşırıqları üzrə vahid təcrübə müəyyən edib
Cəmiyyət 10:10
Ali Məhkəmə müflis bankla bağlı ödəmə tapşırıqları üzrə vahid təcrübə müəyyən edib
N hərbi hissəsində taktiki təlim keçirilib
Cəmiyyət 10:07
N hərbi hissəsində taktiki təlim keçirilib
BDYPİ sürücülərə hava şəraiti ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:03
BDYPİ sürücülərə hava şəraiti ilə bağlı xəbərdarlıq edib
Azeri Light nefti 68,54 dollara yüksəlib
Cəmiyyət 09:57
Azeri Light nefti 68,54 dollara yüksəlib
Lənkəranın bəzi küçələrində işıq olmayacaq
Cəmiyyət 08:52
Lənkəranın bəzi küçələrində işıq olmayacaq
Sumqayıtda yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 00:26
Sumqayıtda yol qəzası baş verib, xəsarət alanlar var
Fuad Qəhrəmanlı DTX-yə çağırılıb
Cəmiyyət 19:41
Fuad Qəhrəmanlı DTX-yə çağırılıb
Hava ilə bağlı növbəti - Xəbərdarlıq
Cəmiyyət 18:20
Hava ilə bağlı növbəti - Xəbərdarlıq
Şirvanda 14 yaşlı qız dəm qazından zəhərlənib
Cəmiyyət 17:30
Şirvanda 14 yaşlı qız dəm qazından zəhərlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol