• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Şamaxıda Hava Şarları Festivalı keçirilir

Şamaxıda Hava Şarları Festivalı keçirilir
08.06.2024 16:28
İyunun 8-9-da Şamaxıda növbəti Hava Şarları Festivalı (Balloon Festival) keçirilir.

Bu gün səhər saatlarında festival çərçivəsində müxtəlif forma və dizaynda olan hava şarlarının Meysəri kəndi üzərində uçuşu olub.

Şamaxı İcra Hakimiyyətinin dəstəyi ilə "EZONE" şirkəti tərəfindən təşkil olunan Hava Şarları Festivalının əsas məqsədi ölkəmizin, o cümlədən festivalın təşkil olunduğu Şamaxı rayonunun turizm potensialına töhfə verməkdir.

Hava şarlarında turist uçuşları hələ ki, həyata keçirilmir. Lakin yerli pilotların beynəlxalq mütəxəssislərlə birgə həyata keçirdiyi nümayiş uçuşlarını Meysəri kəndi ərazisindən hər kəsin seyr etmək imkanı olub.
 
Saat 16:00-dan isə festivalın bədii proqramı start götürəcək. iTicket.az saytı vasitəsi ilə tədbirdə qeydiyyatdan keçən şəxslər axşam saatlarınadək Meysəri kəndindəki "Şirvan Şərabları" kompleksi ərazisində rəngarəng əyləncə və konsert proqramını izləyə biləcək.
 
Əyləncə proqramında fərqli uşaqlar üçün ustad dərslərində iştirak etmək, müxtəlif kafe və restoranların iştirakı ilə təşkil edilən yemək zonalarına qatılmaq mümkündür.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Cəmiyyət 20:14
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Cəmiyyət 18:09
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Cəmiyyət 16:43
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Cəmiyyət 16:00
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Cəmiyyət 15:30
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:19
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Cəmiyyət 14:18
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:20
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol