• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir müavini Qarabağda çalışan sahibkarların nöqsanlarını açıqlayıb

Nazir müavini Qarabağda çalışan sahibkarların nöqsanlarını açıqlayıb
05.07.2024 10:45
Sahibkarların Qarabağda işçi qüvvəsi cəlb edərkən onlarla həmin gün əmək müqaviləsi bağlaması vacibdir. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

"Biz Qarabağda davamlı monitorinqlər keçiririk. Uyğunsuzluqlar olduqda xəbərdarlıq edirik. Çox istərdik ki, işçi qüvvəsi cəlb edilən zaman əmək müqaviləsini tez bir zamanda təmin etsinlər. Dəfələrlə qanuna əməl etməyən şəxslərə qarşı tədbirlər görməyə məcbur olmuşuq. Sahibkarlar vaxtında əmək müqaviləsi bağlamalıdır",- nazir müavini iyulun 5-də Əmək və Məşğulluq Münasibətlərinin Tənzimlənməsi adlı tədbirdə deyib.

Nazir müavini söyləyib ki, 2024-cü ilin ilk altı ayında 84 mindən çox şəxs işlə təmin olunub, onun da 80%-i özəl sektorun payına düşüb.

Anar Əliyev vurğulayıb ki, yaxın zamanlarda məşğulluq sahəsində yeniliklər olacaq. İşsizlik və işəgötürənlərlə bağlı sistem təkmilləşdirilmələrinin olması gözlənilir. 

Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlanıb
Cəmiyyət 15:25
Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlanıb

Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 15:01
Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa olunur
Cəmiyyət 14:08
Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa olunur
Bağçada direktorun azyaşlıya qarşı fiziki zorakılığı ilə bağlı cinayət işi başlanıb
Cəmiyyət 13:46
Bağçada direktorun azyaşlıya qarşı fiziki zorakılığı ilə bağlı cinayət işi başlanıb
Ağdam şəhərinə köç olub
Cəmiyyət 13:36
Ağdam şəhərinə köç olub

Noyabrda hava kəskin dəyişəcək- Xəbərdarlıq
Cəmiyyət 13:21
Noyabrda hava kəskin dəyişəcək- Xəbərdarlıq
Qüdrət Həsənquliyev korrupsiya cinayətinin iştirakçıları üçün güzəşt təklif edib
Cəmiyyət 13:20
Qüdrət Həsənquliyev korrupsiya cinayətinin iştirakçıları üçün güzəşt təklif edib
Deputat xəbərçilik edənlərə mükafat verilməsini məqbul saymır
Cəmiyyət 13:11
Deputat xəbərçilik edənlərə mükafat verilməsini məqbul saymır

Bu il Azərbaycanda 246 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
Cəmiyyət 13:09
Bu il Azərbaycanda 246 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol